. Love.az

Derman Adacayi - Wikipedia - Love.az

Ana Səhifə - Derman Adacayi

Dərman adaçayı (lat. Salvia officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.

Dərman adaçayı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Dalamazkimilər
Yarımfəsilə:
Pişiknanəsikimilər
Triba:
Nanəkimilər
Cins:
Adaçayı
Növ:
Dərman adaçayı
Beynəlxalq elmi adı
  • Salvia officinalis L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  32729
NCBI  38868
EOL  578478

Mündəricat

  • 1 Bioloji xüsusiyyəti
  • 2 Tərkibi və təsiri
  • 3 Yarımnövləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Bioloji xüsusiyyəti

redaktə

Hündürlüyü 75 sm-ə qədər olan yarımkol ot bitkisidir. Birinci il dərman adaçayı payıza qədər möhkəm kola malik olur. İkinci ildən başlayaraq çiçəkləməyə başlayır. İyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum 3 ilə qədər qala bilir.

Yarımkol olub, hündürlüyü 50 sm, budaqlanan, gövdəsi dördtilli, qarşı-qarşıya, uzunsaplaqlı və uzunsov yarpaqlıdır. Yarpaqlarının əsası dairəvi və ya ürəkşəkilli, hətta ikipərli olmaqla, kiçik çəpərlidir. Yarpaqlarının uzunluğu 10 sm, eni isə 2,5sm-dir. Çiçəkləri böyük, göy-bənövşəyi rəngli, ikidodaqlı, köbəli olub, sünbül çiçək qrupunda toplanmışdır. Dilimli yarpaqları — 1–35 mm, dairəvi yarpaqları isə müxtəlif forma və ölçülərdə rast gəlinir. Yuxarı yarpaqları bir bərabərdə, bürüşüklü və ya kiçik deşikli, sıx torabənzər, kiçik damarlara malik olub, yuxarı hissəsi çökük, aşağı hissəsi isə qabarıqdır. Çiçəkləri yaşıl və ya gümüşü-ağ, xüsusən aşağı hissəsi uzun tükcüklüdür. Aromat iyli, acı (ədviyyəli) dadlı olub, azacıq büzücüdür. Xoş rayihəlidir.

İstisevən və quraqlığa davamlı bitkidir. Becərilmə zamanı torpaq münbit, məhsuldar, bərəklətli olmalı və işıqlanma şəraiti təmin olunmalıdır. Yarımkolu və yarpaqları keyfiyyətli dərman xammalı kimi yayda toplanılır. Quruducu şkafda 35–40°С temperaturda qurudulmalıdır. Bağlı yeşiklərdə, anbarlarda isə parçadan olan kisə və taylarda efiryağlı xammala edilən düzgün quluğu gözləməklə saxlamaq lazımdır. Bir il ərzində efiryağlı tərkib yoxlanılmalıdır. Saxlanılma müddəti 1,5 ildir.

Tərkibi və təsiri

redaktə

Yarpaqlarının tərkibində efiryağlı maddələr (0,5–2,5%), sineol (15%), pinen, tuyon, salven, borneol, kamfora və digər terpenoidlər vardır. Bundan başqa flavonoidlər, aşı maddələr, triterpen turşuları – ursol, olein, diterpenoidlər, fenol, acı maddələr və fitonsidlər vardır. Dərman adaçayının yarpaqlarında efir yağı, alkoloidlər – salven, tuyon, sineol, acı, aşı maddələr, qatran, turşu (ursol və olein), fitonsidlər, Kox çöplərinə (vərəm) qarşı aktiv olan maddələr və fitonsidlər vardır.

Yarımnövləri

redaktə
  • Salvia officinalis subsp. gallica (W.Lippert) Reales, D.Rivera & Obón
  • Salvia officinalis subsp. lavandulifolia (Vahl) Gams
  • Salvia officinalis subsp. multiflora Gajic
  • Salvia officinalis subsp. officinalis
  • Salvia officinalis subsp. oxyodon (Webb & Heldr.) Reales, D.Rivera & Obón

İstinadlar

redaktə
  1. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 23.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dərman_adaçayı&oldid=7644128"
LOVE.AZ