. Love.az

Despine Xatun Abaqa Xan - Wikipedia - Love.az

Ana Səhifə - Despine Xatun Abaqa Xan

Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı.

Despina xatun
yun. Μαρία Παλαιολογίνα
Elxanilərin xatunu
1265 – 1282
ƏvvəlkiDoqquz Xatun
SonrakıDoqquz Xatun
Şəxsi məlumatlar
Doğum tarixi XIII əsr
Doğum yeri
  • Nikeya[d], Bizans imperiyası
Vəfat tarixi XIII əsr
Vəfat yeri
  • Konstantinopol, Bizans imperiyası
Fəaliyyəti Christian nun[d]
Atası Mixail VIII Paleoloq
Həyat yoldaşı Abaqa xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Dul həyatı
  • 3 Ailəsi
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə
 
Monqolların Müqəddəs Məryəm kilsəsi İstanbuldakı məscidə çevrilməmiş az sayda kilsələrdən biridir.

XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi.[1] Bacısı Noğay xanla evli idi.[2] 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər.

Dul həyatı

redaktə

Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı. Özünə Melaniya adını aldı və orada vəfat etdi.

Ailəsi

redaktə

Abaqa xanla evliliyindən Araçatlun adlı qızı olmuş, onu Bizansa apararaq Teodora adı ilə böyütmüşdü.[3]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ↑ Steven Runciman (1987) [1952-1954]. A History of the Crusades 3. Penguin Books. ISBN 978-0-14-013705-7, səh. 320
  2. ↑ Aleksandr van Milligen (1912). Byzantine Churches of Constantinople. London: MacMillan & Co, səh. 272
  3. ↑ Rüstəm Şükürov, Byzantine Turks, 84

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəspinə_xatun_(Abaqa_xan)&oldid=7266892"
LOVE.AZ