. Love.az

Deste Ordubad - Wikipedia - Love.az

Ana Səhifə - Deste Ordubad
Bu adın digər istifadə formaları üçün bax: Dəstə.

Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1]

Dəstə
38°53′00″ şm. e. 45°54′40″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 696 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Dəstə xəritədə
Dəstə
Dəstə
Dəstə kəndinin Ordubad rayonunda yeri
Dəstə kəndini Ordubad rayonunda yeri

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
    • 4.1 Tanınmış şəxsləri
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 Din
  • 9 Səhiyyə
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Toponimikası

redaktə

Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir.[2]

Tarixi

redaktə

Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir.

Əhalisi

redaktə

Kənd əhalisi 5000 nəfərdir (2016).

Tanınmış şəxsləri

redaktə
  • Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
  • Cəbrayıl Zeynalov - Azərbaycan dili , ədəbiyyat müəllimi . 2003-cü ildə vəfat etmişdir.
  • Aşıq Abbas Dəhri - el aşığı. 1800-1935-ci illərdə yaşamışdır.
  • Cəfər Bağır - 1934-1936 illlərdə Kominist qəzetində şöbə müdiri mavini olmuşdur. 1937-1954 illərdə sürgündə olub. 1912 mayın 5-də anadan olmuşdur. 1983-cü ildə vəfat etmişdir.

İqtisadiyyatı

redaktə

Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, əkinçilik və tərəvəzçilik təşkil edir.

Mədəniyyəti

redaktə

Kənddə mədəniyyət evi və iki kitabxana, rabitə şöbəsi mövcuddur.

Təhsil

redaktə

Kənddə əvvəllər iki orta məktəb fəaliyyət göstərirdi. 2019 ildən Yeni Tam orta məktəb fəaliyyət göstərir digər iki məktəb isə artıq istifadə olunmur

Din

redaktə

Kənddə məscid mövcuddur.

Səhiyyə

redaktə

Kənddə xəstəxana mövcuddur.

İstinadlar

redaktə
  1. ↑  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. ↑ Dəstə (Ordubad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax

redaktə
  • Dəstə (bulaq)
Ordubad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəstə_(Ordubad)&oldid=7852077"
LOVE.AZ