. Love.az

Destegird - Wikipedia - Love.az

Ana Səhifə - Destegird

Dəstəgird - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir.

Dəstəgird
39°22′06″ şm. e. 46°02′12″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1951
Sahəsi
  • 0,5 km²
Mərkəzin hündürlüyü 2.050 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 300 nəf. (2015)
Rəsmi dili Erməni dili|Erməni
Xəritəni göstər/gizlə
Dəstəgird xəritədə
Dəstəgird
Dəstəgird
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Mədəniyyəti
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 Görkəmli şəxsiyyətləri
  • 6 İstinadlar

Tarixi

redaktə

1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[1] qeyd edilmişdir. Kəndin adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdır[2].

Mədəniyyəti

redaktə

Coğrafiyası və iqlimi

redaktə

Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən[3] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

redaktə

Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

redaktə
  • Məmmədov Yusif Əbülfət oğlu - Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.

İstinadlar

redaktə
  1. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.183
  2. ↑ Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.79
  3. ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.73
  4. ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 146-147
  5. ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 76-77, 146-147
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəstəgird&oldid=8090712"
LOVE.AZ