. Love.az

Deveboynu Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Deveboynu Dagi
Bu adın digər istifadə formaları üçün bax: Dəvəboynu.

Dəvəboynu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3563,0 m). Zəngəzur silsiləsinin suayırıcısında Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Şimal-qərb yamacında andezitli porfirit lava-brekçiyaları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən  Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli əks-fay qırılması keçir.[1]

Dəvəboynu dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3563,0 m
Yerləşməsi
39°14′04″ şm. e. 45°59′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad
Dəvəboynu dağı xəritədə
Dəvəboynu dağı
Dəvəboynu dağı

Həmçinin bax:

redaktə
  • Ağdağ (Ordubad rayonu)
  • Cindağ (Ordubad)
  • Almalıdağ

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəvəboynu_dağı&oldid=6087279"
LOVE.AZ