Dəyanət Rzayev (5 avqust 1971, Bakı – 25 yanvar 2017, Bakı) — Azərbaycan psixoloqu. Dəyanət Rzayev yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi.[1]
Dəyanət Rzayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | intihar |
Fəaliyyəti | psixoloq |
Dəyanət Rzayev 3 avqust 1971-ci ildə anadan olub. İlk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olmuşdur. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb.[2] Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaratmışdır. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi.[3]
Dəyanət Rzayev evli və 3 uşaq atası idi. Həyat yoldaşı ilə ölümündən bir müddət əvvəl ayrılmışdı.
Onun cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda yerləşən evində aşkarlanıb.[4] Psixoloq xeyli müddət depressiyada olub.[4] O, son bir neçə günü də evində tək keçirib.[4] İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib.[4] O, öz yaşadığı evdə kəmərlə boğulu halda tapılıb.[4] İntihardan geriyə heç bir iz buraxmayıb.[5] Biləcəri qəbiristanlığında dəfn edilmişdir.