. Love.az

Dag Badami - Wikipedia - Love.az

Ana Səhifə - Dag Badami

Dağ badamı (lat. Prunus fenzliana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür.

Dağ badamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Gavalıkimilər
Triba:
Amygdaleae
Cins:
Gavalı
Növ:
Dağ badamı
Beynəlxalq elmi adı
  • Prunus fenzliana Fritsch
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  749917
EOL  301144

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Məhdudlaşdırıcı amillər
  • 4 Mühafizə tədbirləri
  • 5 Yayılması
  • 6 Azərbaycanda yаyılması
  • 7 Sayı və tendensiyası
  • 8 Məhdudlaşdırıcı amillər
  • 9 Sinonimləri
    • 9.1 Homotipik sinonimləri
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

4 m-ə qədər hündürlüyündə, yerə sərilmiş geniş çətirli, ağac və ya koldur, budaqların sonu tikanlıdır. Yarpaqlar qısa saplaqlı 1,5 sm-ə qədər uzunluğunda, kənarları elllipsvari neştərşəkilli, mişarşəkilli dairəvi və pazşəkillidir. Əsası çılpaq, dairəvi,Yarpaqlar üstdən yaşıl, alt hissədə isə solğun-yaşıl olur, ortadan görüən damarlı, 6-8 sm uzunluğundadır. Kasa yarpağının borucuğu zəngvari, qırmızımtıldır. Çiçəkləri birdən beşə qədər olub, qırmızımtıl rəngdə olur. Ləçəkləri çəhrayı rəngli və təxminən yumrudur. Meyvə dairəvi, məxməri, tək oturaqdır. Toxumu oval, yana brkidilmiş, təpə issəsi iti və ya ket, 2 sm-ə qədər uzunluğunda, demək olar ki, hamardır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Quru qayalı yamaclarda və kollarda, Naxçıvanın orta dağ qurşaqlarında, cəngəlliklərdə yayılıb. Çiçəkləməsi aprel, meyvələməsi sentyabr aylarına təsadüf edir. Çoxalması toxumladır. Kriptofitdir. Dekoratvi bitkidir. Quraqlıq yerlərdə yaşıllaşdırılmada istifadə oluna bilər.

Məhdudlaşdırıcı amillər

redaktə

Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri

redaktə

Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.

Yayılması

redaktə

Azərbaycan, Türkiyə və İranda təbii arealı vardır.

Azərbaycanda yаyılması

redaktə

Talış bölgəsində, Alazan Əyriçay çökəkliyində, Naxçıvan MR-nın dağ və düzənliyində, Kür-Araz ovalığında (Diabar) rast gəlinir. Kür düzənliyi, Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi, Diabardır.

Sayı və tendensiyası

redaktə

Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur .

Məhdudlaşdırıcı amillər

redaktə

Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Amygdalus fenzliana (Fritsch) Korsh.
  • Amygdalus fenzliana (Fritsch) Lipsky

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dağ_badamı&oldid=8142723"
LOVE.AZ