. Love.az

Dagliq Qarabag Ermenilerinin Azerbaycan Hokumeti Qarsisinda Teehhudleri - Wikipedia - Love.az

Ana Səhifə - Dagliq Qarabag Ermenilerinin Azerbaycan Hokumeti Qarsisinda Teehhudleri
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.

Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri — Dağlıq Qarabağ ermənilərinin bölgədə separatçılığa son qoymaları barədə 1919-cu il avqustun 22-də imzaladığı sənəd.[1]

Mündəricat

  • 1 Tarix
  • 2 Şərtlər
  • 3 Həmçinin bax
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar

Tarix

redaktə

Sənəd Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qarabağda genişlənməkdə olan erməni təcavüzünün və separatçılığın qarşısını almaq məqsədilə həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində imzalanmışdı. Sazişin imzalanması ərəfəsində Qarabağda vəziyyət yenidən kəskinləşmişdi. Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanovun əmri ilə vəziyyətin nəzarət altında saxlanması üçün Şuşanın erməni hissəsindəki xəzinədarlığın və poçtun Azərbaycan məhəlləsinə köçürülməsi, şəhər ətrafındakı səngərlərə əlavə postlar qoyulması, Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsinə cəhd göstərilməsi erməni millətçilərinin rəhbərləri tərəfindən hiddətlə qarşılandı. Azərbaycan hakimiyyət orqanlarının bölgədə möhkəmlənməsinə yol verməmək üçün onlar silahlı təxribatlara əl atdılar.[1]

1919-cu il iyunun 4-də Şuşa və ətraf kəndlər silahlı qarşıdurma mərkəzinə çevrildi. İyunun 5-də bölgədəki ingilis komandanlığının köməyi ilə silahlı təxribatların təşkilatçıları olan Erməni Milli Şurasının üç fəalı həbs edilərək Azərbaycan ərazisindən çıxarıldı. İyunun 6-da Azərbaycan qoşun bölmələri Şuşanın erməni məhəlləsindəki qışlalarda yerləşdikdən sonra, ermənilər təxribatın törədilməsində kənardan gəlmə qüvvələrin təqsirkar olduğunu, Azərbaycan Hökumət orqanları ilə əməkdaşlığı genişləndirməyə meylli olduqlarını bildirdilər.[1]

Şərtlər

redaktə

Azərbaycan Hökumətinə münasibət məsələsi Qarabağ ermənilərinin 1919-cu il avqustun 16-da çağırılan 7-ci qurultayında da müzakirə edildi. Qurultay nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Hökumət orqanları ilə danışıqlar aparmağa və saziş imzalamağa razı oldular. Həmin gün qurultay nümayəndələrindən 20 nəfər Şuşaya gəlib, Azərbaycan Hökumət orqanları ilə imzalanacaq sazişin məzmunu barədə danışıqlar apardılar. Saziş 26 bənddən ibarət idi. Əsas məzmunu tərəflər arasında etimadın genişləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli üçün zəmin yaradılması ilə bağlı idi. Sazişə əsasən, Qarabağ general-qubernatorluğu yanında, hər iki tərəfdən, bərabər sayda olmaqla, 6 nəfərlik Şura yaradılmalı, millətlərarası məsələlər ilkin olaraq, bu Şurada müzakirə edilməli, general-qubernatorun mülki işlər üzrə müavini vəzifəsi təsis edilməli və həmin vəzifəyə erməni təyin olunmalı idi. Sazişdə digər məsələlər də əksini tapmışdı. Lakin sazişin imzalanması bölgədə sülhü təmin etmədi. Az sonra ermənilər öz niyyətlərinə nail olmaq üçün Zəngəzurda və Qarabağda türk-müsəlman əhaliyə qarşı qətlləri, təxribatları yenidən genişləndirdilər.[1]

Həmçinin bax

redaktə
  • Xosrov bəy Sultanov
  • Qarabağ general-qubernatorluğu
  • Azərbaycan-Ermənistan müharibəsi (1918-1920)

Ədəbiyyat

redaktə
  • Süleymanov M., Azərbaycan ordusu (1918-1920). B., 1998
  • Məmmədova H., Qarabağ general-qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi tarixindən səhifələr, B., 1999

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 321. ISBN 9952-417-14-2.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dağlıq_Qarabağ_ermənilərinin_Azərbaycan_hökuməti_qarşısında_təəhhüdləri&oldid=7481465"
LOVE.AZ