Daşnov - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1]
Daşnov | |
---|---|
Ölkə |
![]() |
Kəndin digər adı Daşnav olmuşdur[2]. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].
Toponim Azərbaycan dilində işlənən daş sözü ilə fars dilində «nov, kanal, arx» mənasında işlənən nov sözünün[4][5] birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 30 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 30 nəfər, 1904 - cü ildə 39 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir.