İskəndərov Daşqın Ələm oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin baş direktoru (2011–2019), texnika üzrə fəlsəfə doktoru. ARDNŞ-nin vitse-prezidenti (2019–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri.[1][2][3]
Daşqın İskəndərov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1965(1965-01-26) (60 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, neft mühəndisi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Neft-qaz yataqlarının işlənməsi |
|
|
Təltifləri |
![]() ![]() |
Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var.[4]
1991-ci ildə 28 May neft — qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir. 1999–2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır.[5] 2007–2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir. Daşqın İskəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləmişdir. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.[6][7]
Daşqın İskəndərov 2019-cu il 3 dekabrdan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.[8]
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[9]
2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasında "Uzun müddət istismarda olan dəniz neft yataqlarının lay-quyu sistemində yaranan mürəkkəbləşmələrə qarşı yeni üsulların işlənməsi və tətbiqi"[10] mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Müvafiq olaraq 2014-cü və 2015-ci illərdə nəşr edilən Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı və Neft və qaz quyularının əsaslı təmiri adlı kitabların müəllifidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan bir sıra elmi-tədqiqat işlərinin, o cümlədən mədənlərdə keçirilən sınaq işlərinin nəticələri nəşr olunmuşdur. 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 3 kitab, 8 ixtira və patent müəllifidir.