. Love.az

Dastatuk - Wikipedia - Love.az

Ana Səhifə - Dastatuk

Daştatük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd

Daştatük
38°41′05″ şm. e. 48°44′59″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Lənkəran rayonu
Bələdiyyə sədri Gülşən Sultanova
Tarixi və coğrafiyası
Sahəsi 2,0175 km²
Mərkəzin hündürlüyü 92 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.034 nəfər (2024)
Milli tərkibi azərbaycanlılar, talışlar
Xəritəni göstər/gizlə
Daştatük xəritədə
Daştatük
Daştatük

Mündəricat

  • 1 Coğrafi mövqeyi
  • 2 Əhalisi
  • 3 Tarixi
  • 4 Din
  • 5 İstinadlar

Coğrafi mövqeyi

redaktə

Kənd Talış dağlarının ətəyindən ətəyində yerləşir. Biləsər kəndindən 8 km aralı. Hirkan milli parkının ərazisinə daxildir.

Əhalisi

redaktə

Əhalisi 901 nəfərdir. Məşğulluq sahəsi əkinçilik və maldarlıqdır.[mənbə göstərilməlidir]

Tarixi

redaktə

Bəzən Daşdatük variantında da qeydə alınan bu oykonimin düzgün variantı Daştətükdür. Kəndin adı talış dilindəki daşt (çöl, düzən) və tük (çəltik sahəsi) sözlərindən düzəlib (-ə bitişdirici saitdir), "çəltik əkilən düzənlik" deməkdir. Keçmişdə çəltik həyətyanı, yaxud da kəndin kənarında əkinə yararlı sahələrdə becərilirdi. Əhali belə sahələri daştətük adlandırırdı. Tədricən həmin əkin sahəsi yaşayış məntəqəsinə çevrilmiş və kənd də əkin sahəsinin adı ilə adlandırılmışdır.[mənbə göstərilməlidir]

Din

redaktə

Kənddə Daştatük kənd məscidi dini icması fəaliyyət göstərir.[1]

İstinadlar

redaktə
  1. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Daştatük&oldid=8130110"
LOVE.AZ