Dadaş Bünyadzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycan SSR dövlət xadimi Dadaş Bünyadzadənin adını daşıyır. Məhəmməd Xiyabani küçəsindən "Vital klinika"ya kimi uzanır.
Dadaş Bünyadzadə küçəsi | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Yeni Yasamal |
metro | İnşaatçılar |
Dadaş Bünyadzadə küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsindən başlayır. Abbas Mirzə Şərifzadə küçəsinə paraleldir. Küçədən 194 saylı marşrut avtobusu hərəkət edir.
Vikianbarda Dadaş Bünyadzadə küçəsi ilə əlaqəli mediafayllar var. |