Dal Riada və ya Dalriada (ortagel: Dál Riata) — erkən orta əsrlərdə Şotlandiyanın qərb sahillərini (müasir Arqayl-end-Büt və Haylendin cənub əraziləri, eləcə də Xarici Hebrid adaları) və İrlandiyanın şimalını (indiki Antrim qraflığının əraziləri) idarə etmiş tarixi gel krallığı. Krallığın əsas yaşayış məntəqəsi Dunadd qalası idi.
Tarixi krallıq | |
Dal Riada krallığı | |
---|---|
şot.kelt Dál Riata | |
![]() Böyük Britaniya və İrlandiya adalarının süni peykdən çəkilmiş fotoşəkili. Kölgələnmiş ərazi Dal Riadanın Dal Riadın ən qüdtərli olduğu dövrdə – VI–VII əsrlərdə idarə etdiyi sahəni göstərir. |
|
|
|
Paytaxt | Dunadd |
Rəsmi dilləri | Ortagel dili |
Din |
İrland Xristianlıq |
İdarəetmə forması | Mütləq monarxiya |
Kral | |
• ??? | Loarn mak Erk |
• 642 — 650 | I Ferxar |
• 768 — 778 | Ed |
• 843 — 858 | I Kennet |
Davamiyyət | |
→ | |
![]() |
Dal Riada və şotland tayfaları (Tuat) haqda ilk məlumat 314-cü ildə verilir. V əsrin axırlarında Dal Riadanın İrlandiya qisminin əhalisi çoxalmışdı, buna görə də irlandlar Dal Riadanın Böyük Britaniya qisminə köçdülər. Bu ərazi Şotlandiya Dal Riadası olaraq bilinir. 843-cü ildə Dalriada kralı Kennet mak Alpin Piktaviyanı ihlaq etmiş, Şotlandiya krallığını qurmuşdur.
Dál Riata adı qədim irland dilindən törəyib. Dál ingilis dilindəki Dole, alman dilindəki Teil, fransız dilindəki Taille, italyan dilindəki Taglia və latın dilindəki Tāliō sözləriylə eyni mənanı kəsb edir. Söz pay, hissə, qisim mənasını verir (burada: "torpağın bir qismi"). Riata və ya Riada şəxs adı olduğuna inanılır. Beləliklə, krallığın adının mənası – "Riadanın payı".