. Love.az

Damarli Uskukotu - Wikipedia - Love.az

Ana Səhifə - Damarli Uskukotu

Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.

Damarlı üskükotu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Bağayarpağıkimilər
Triba:
Digitalideae
Cins:
Üskükotu
Növ:
Damarlı üskükotu
Beynəlxalq elmi adı
  • Digitalis nervosa Benth., 1846
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  285832

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Yaşayış mühiti
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir. İyul-avqust aylarında çiçəkləyir, avqust ayında meyvə verir.

Azərbaycanda yayılması

redaktə

BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənkdağ. - aşağı dağ qurşağından, orta dağ qurşağına kimi.

Yaşayış mühiti

redaktə

Meşələrdə rast gəlinir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Damarlı_üskükotu&oldid=7098756"
LOVE.AZ