. Love.az

Damir Veliyev - Wikipedia - Love.az

Ana Səhifə - Damir Veliyev

Damir Vəliyev (başq. Дамир Жәүәт улы Вәлиев, 2 yanvar 1940, İtbayevo k., Arqayaş rayonu, Çelyabinsk vilayəti — 28 may 2002, Ufa) — sovet və rus filoloqu, filosof və kulturoloq, etika sahəsində mütəxəssis. Fəlsəfə doktoru, professor.

Damir Vəliyev
Damir Jəyət oğlu Vəliyev
Doğum tarixi 2 yanvar 1940
Doğum yeri RSFSR, SSRİ
Vəfat tarixi 28 may 2002 (62 yaşında)
Vəfat yeri Başqırdıstan, Rusiya
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti Başqırd
Elm sahəsi Sosial fəlsəfə
Elmi dərəcəsi
  • fəlsəfə elmləri doktoru
İş yeri
  • Başqırdıstan Dövlət Universiteti

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Elmi dərəcələri
  • 3 Xatirəsi
  • 4 Əməyi
    • 4.1 Başqırd dilində
    • 4.2 Rus dilində
  • 5 Ədəbiyyat
  • 6 Mənbə

Bioqrafiyası

redaktə

1955-1959-cu illərdə Çelyabinsk Enerji-Mexanika teknikomunda təhsil almışdır. 1959-1960-cı illərdə Sovet ordusunda xidmət etmişdir.

Ordudan tərxis olunduqdan sonra 1960-1963-cü illərdə S. Ordzhonikidze adına Araqayaskaya İES və Ümumittifaq İstilik Mühəndisliyi İnstitutu Çelyabinsk filialında işləmişdir. 1961-ci ildə Ümumittifaq Müəllif Hüquqları İnstitutunun Ufa şöbəsinə daxil olmuşdur. Sonra təhsilini (1963-1965) Ural Dövlət Hüquq Akademiyasında davam etdirmişdir. Məzun olduqdan sonra 1966-1967-ci illərdə konstruktr vəzifəsində çalışmışdır. 1967-1970 illərində Ural Dövlət Universitetinin aspiranturasında təhsil almış və 1970-ci ildə dissertasiya müdafiə etmişdir. 1970-1972-ci illərdə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Sverdlovsk Hüquq İnstitutunun Ufa filialında müəllim vəzifəsində çalışmışdır. 1972-ci ildən Başqırdıstan Dövlət Universitetində işləmişdir: 1985-1986-cı illərdə Nəzəriyyə, Hüquq və Dövlət tarixi kafedrasının müdiri, 1986-cı ildən etikA, estetika və kulturologiya kafedrasının müdiri və eyni zamanda (1986-1987) Tarix fakültəsinin dekanı olmuşdur.

1984-cü ildə "Əxlaqın mənşəyi sosial fenomen kimi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildən professordur.

1989-cu ildə Ural başqırd milli mərkəzinin idarə heyətinin üzvü olmuşdur.

1993-cü ildə Rusiya Federasiyasını Konstitusiyası mətninın inkişafı üzrə işçi qrupunun üzvü.

1994-1995-ci illərdə Başqırdıstan Respublikası Prezidenti Şurasının üzvü.

1995-ci ildən Başqırdların Ümumdünya Qurultayının İcra Komitəsi Bürosunun üzvü olmuşdur.

1997-ci ildən REA Ufa Elmi Mərkəzinin Sosial və İqtisadi Tədqiqatlar İnstitutunun Fəlsəfə bölüməsinin rəhbəri olmuşdur.

Elmi dərəcələri

redaktə
  • Fəlsəfə elmləri doktoru (1984).
  • RF Sosial Elmlər Akademiyasının akademiki (1994).
  • Başqırdıstan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü (1991).
  • Başqırd MSSR əməkdar elm xadimi (1990).

Xatirəsi

redaktə
  • Çelyabinsk rayonunun Arqayaş rayonunun Novo-Sobolevo kəndində orta məktəb binasında xatirə lövhəsi ucaldılıb
  • Çelyabinsk rayonunun Arqayaş rayonunun Novo-Sobolevo kənd orta məktəbi onun adını daşıyır.

Əməyi

redaktə

Başqırd dilində

redaktə
  • Духовное наследие аргаяшских башкир: народные песни, мифы, легенды. — Уфа: Ѓилем, 1996. — 76 с.
  • Инан А. Шаманизм в истории и сегодня. Уфа: Китап, 1998. — 240 с. Соавт. Пер. Гилязетдинов Р. А.

Rus dilində

redaktə
  • Введение в этику. Уфа, 1999.
  • Взаимосвязь биологического и социального в формировании морали. (Период первобытного человеческого стада) // Диалектика и методология современной науки. Уфа, 1979.
  • Духовное наследие аргаяшских башкир. Уфа, 1996.
  • История башкирской философской и общественно-политической мысли. Основные тенденции развития. Уфа, 2001.
  • Категории этики и проблема императивности // Проблемы категорий марксистско-ленинской этики. Новосибирск, 1969.
  • Место национального суверенитета в механизме функционирования федеративных отношений в многонациональном государстве // Ресурсы мобилизованной этничности. М., 1997.
  • Мораль как важнейшая сущностная сила человека // Мораль и этика. Мораль в социалистическом обществе. М., 1989.
  • Национальный суверенитет и национальное возрождение. Уфа, 1994.
  • Нравственная культура башкирского народа: прошлое и настоящее. Уфа, 1989.
  • Очерки истории общественной мысли Башкортостана. Уфа, 1995.
  • Потенциал морали. Уфа, 1999.
  • Происхождение морали. Саратов, 1981.
  • Путь к истине. Уфа, 2007.
  • Суверенная республика как правовое государство. - Уфа, Гилем, 1998. - 144 с.
  • Судьба аргаяшских башкир: история и современность. - Уфа, Гилем, 2002. - 156 с.
  • Судьба и наследие башкирских ученых-эмигрантов. Уфа, 1995.
  • Философские идеи в башкирской культуре // Ватандаш. № 6, 7. Уфа, 1995.

Ədəbiyyat

redaktə
  • Валеев Дамир Жаватович. Биобиблиографический указатель. Уфа: Гилем, 2002. — 62 с.

Mənbə

redaktə
  • Başqırdıstan Respublikasının Elmlər Akademiyasının saytında yerləşdirilib Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Damir_Vəliyev&oldid=8005144"
LOVE.AZ