. Love.az

Danimarka Azerbaycanlilari - Wikipedia - Love.az

Ana Səhifə - Danimarka Azerbaycanlilari

Danimarka azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Danimarkada yaşayan hissəsinin adı.

Mündəricat

  • 1 Diaspora təşkilatları
  • 2 Tədbirlər
  • 3 Tanınmışlar
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Diaspora təşkilatları

redaktə

Hazırda bu ölkədə azərbaycanlıların bir sıra cəmiyyət və birlikləri fəaliyyət göstərir:[1]

  • "Vətən" Cəmiyyəti;[1]
  • Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti;[1]
  • Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi;[1][2]
  • Danimarka Azərbaycan Mədəniyyət Mərkəzi;[1]
  • Danimarka-Azərbaycan Cəmiyyəti;[1]
  • Danimarka Azərbaycan Gənclər Təşkilatı.[2]

Qeyd olunan qurumların əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkənin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətini danimarkalılara çatdırmağa yönəlib. Həmçinin, paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyəti də həmin qurumlar tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır.[1]

Tədbirlər

redaktə

Danimarkada yaşayan azərbaycanlılar hər ilin mart ayında Herlev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirirlə. Türklər, ruslar, özbəklər, uyğurlar, latışlar, ukraynalılar və başqa millətlərin nümayəndələrinin də iştirak etdiyi bu bayram şənliyi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.[1]

28 may Respublika Günü də dünyanın hər bir ölkəsində olduğu kimi Danimarkada da azərbaycanlılar tərəfindən geniş qeyd edilir. Bu bayram ənənəvi olaraq hər il Hillerod şəhərinin mərkəzindəki "Torvet" meydanında qeyd edilir.[1]

Tanınmışlar

redaktə
  • Məsud Aşina;[1]
  • Səfər Sadiqi.[1][3]
  • Səid Aşina

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Danimarka azərbaycanlıları Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. olaylar.az, 31.08.2012.  (az.)
  2. ↑ 1 2 Danimarka azərbaycanlıları Fariz Bədəlovun öldürülməsi ilə bağlı etiraz aksiyası keçirmişlər Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Azərbaycan" qəzeti, 26.04.2011, səh. 3.  (az.)
  3. ↑ Anar Turan. "Qürbətdə yaşayan hər bir soydaşımız doğma Vətənin təəssübünü çəkməlidir" Arxivləşdirilib 2015-03-17 at the Wayback Machine. "Xalq qəzeti", 01.01.2015.  (az.)

Xarici keçidlər

redaktə
  • "Vətən" Cəmiyyətinin saytı.  (az.)
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Danimarka_azərbaycanlıları&oldid=7406818"
LOVE.AZ