Danimarkalı qız (ing. The Danish Girl) — rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmi.[6] Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar.
Danimarkalı qız | |
---|---|
The Danish Girl | |
![]() | |
Janr | bioqrafiya, dram |
Rejissor | Tom Huper |
Prodüserlər |
Tim Bevan Erik Fellner Enn Harrison Tom Huper Geyl Mutruks |
Əsərin müəllifi | Devid Eberşofun Danimarkalı qız romanı |
Ssenari müəllifi | Lüsinda Kokson |
Baş rollarda |
Eddi Redmeyn Alisiya Vikander Mattias Şonarts Ben Uişou Sebastyan Kox Ember Hörd |
Operator | Denni Kohen |
Bəstəkar | Aleksandr Desplat |
İstehsalçılar |
Working Title Films Pretty Pictures Artemis Productions[1] Revision Pictures Senator Global Productions Distribütor:Focus Features Universal Pictures International |
Distribütor | Focus Features, UIP-Dunafilm[d][5] |
İlk baxış tarixi |
5 sentyabr 2015 (Venesiya) 27 noyabr 2015 (ABŞ) 1 yanvar 2016 (BK) |
Müddət | 119 dəq.[2] |
Büdcə | $15 milyon[3] |
Gəlir | $34.7 milyon[4] |
Ölkələr |
![]() ![]() |
Dil | ingiliscə |
İl | 2015 |
Rəng | rəngli[d] |
IMDb | ID0810819 |
Mükafatları |
![]() |
![]() |
72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən[7][8] film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir.[9] 27 noyabr 2015-ci ildə "Focus Features" tərəfindən ABŞ-də məhdud yayıma çıxarılan[10] film, 1 yanvar 2016-cı ildə "Universal Pictures International" tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır.[11]
1920-ci illərin ortalarında portret rəssamı Gerda Vegener və məşhur peyzaj rəssamı Ayner Vegener Kopenhagendə yaşayır. Bir gün Gerdanın rəsmlərindən birinin modeli olan balerina gecikdiyinə görə, Gerda əri Aynerdən modeli əvəz etməyi xahiş edir. Qadın kimi poza verməsi Aynerin sonradan Lili Elba adlandırdığı həyati identifikasiyasının ortaya çıxmasına səbəb olur. Əvvəlcə o, bunu büruzə verməyə utansa da, sonradan onun hissləri geri dönülməz şəkildə özünü büruzə verir, Aynerin bütün həyatı boyu daxilində gizlətdiyi Lili üzə çıxmağa çalışır. Həkimə müraciət nəticəsində onda psixi pozuntunun olması qərarına gəlinir və Aynerin məcburi psixi xəstəxanaya yerləşdirilməsinə qərar verilir. Bundan sonra Gerda və Ayner Kopenhageni tərk edərək Parisə gedir. Gerdanın çəkdiyi Lili portretləri əvvəlki portret işlərindən fərqli olaraq art-dilerlər tərəfindən çox müsbət qarşılanır. Parisdə Gerda Aynerin uşaqlıq dostu olmuş art-diler Hans Aksgillə görüşür. Hans və Gerda arasında yaranan münasibətlər, ikincinin Liliyə olan münasibətinin dəyişməsinə səbəb olur. Gerda Aynerə xəyanət etmək istəmir və yalnız keçmiş dostluqlarına istinadən Hansın Aynerə kömək edə biləcəyini düşünür.
Şəxsi identikliyi və Ayner kimi sonrakı mövcudiyyəti Lili üçün çox ağır görünməyə başlayır, o, kömək üçün bir çox psixoloqlara müraciət etsə də, heç bir nəticə əlddə olunmur. Daha sonra Hansın məsləhəti ilə Lili və Gerda Dr. Kurt Varnekrosla görüşür. Dr. Varnekros əvvəl də bir neçə dəfə Ayner kimi özünü qadın hesab edən şəxslərlə görüşdüyünü və problemin aradan qaldırılması üçün cinsiyyət dəyişmə əməliyyatının keçirilməsi gərəkdiyini deyir. Əməliyyat iki mərhələdə həyata keçirilməli, birinci mərhələdə Lilinin hazırkı genitaliası əməliiyyat yolu ilə götürülməli, ikinci mərhələdə isə onun bədənində vagina yaradılmalı idi. Həkim, onları xəbərdar edir ki, bu cür əməliyyatın keçirilməsi çox təhlükəli ola bilər, çünki, əvvəllər heç vaxt belə əməliyyat həyata keçirilməyib və əgər hər şey baş tutsa Lili bu cür əməliyyat keçirmiş ilk insan ola bilər. Lili bütün şərtlərlə razılaşır və əməliyyat olunmaq üçün Drezdenə gedir. Əməliyyatın birinci mərhələsi uğurla başa çatır və Lili Kopenhagenə qayıdır. Lakin, orqanizmi tam bərpa olunmadan ikinci əməliyyatı keçirmək üçün tələsməsi Lilinin ölümünə səbəb olur. Filmin sonunda Hansı və Gerda Lilinin tez-tez əsərlərində təsvir etdiyi təpə üzərində dayanaraq onu xatırlayırlar. Lilinin Gerdaya hədiyyə etdiyi ipək şarfı külək onun boğazından açaraq uçurur.
Prodüsserlərə təqdim edilməzdən əvvəl Lusinda Kokson on ilə yaxın filmin ssenarisi üzərində işləmişdir. "Creative Screenwriting"-ə müsahibəsində o, deyir ki, "Mən 2004-cü ildə işə başladım və bir neçə il ərzində biz artıq ssenariyə malik idik. Biz sonsuz dərəcədə xoşbəxt idik, çünki layihəni sevəndə insana elə gəlir ki, hamı onu sevəcək. Aktyorlar ssenarini çox bəyənmişdilər. Bir neçə məşhur aktrisa Gerdanı canlandırmaq istəsə də, əsas problem Lilini canlandıracaq aktyorun tapılması idi. Biz müxtəlif rejissorlarla əlaqə saxlayırdıq və hər rejissorla yeni layihə meydana çıxırdı."[12]
2009-cu ilin sentyabrında rejissor Tomas Alfredson "Variety" jurnalına açıqlamasında bu layihənin istehsalının onun gələcək "Cəsus, rədd ol!" adaptasiya filmindən qabağa salına bilər. O, əlavə edir ki, "Biz bütün il ərzində danışıqlar aparmışıq və demək olar ki, yaxın vaxtlarda istehsala başlayacağıq."[13] 2009-cu ildə İsveç qəzetinin yaydığı məlumatda bildirilir ki, Alfredson artıq "Danimarkalı qız" layihəsinin gerçəkləşdirilməsi ilə maraqlanmır və o, "Cəsus, rədd ol!" filmi üzərində işə başlayıb. Alfradeson bildirir ki, danışıqlar tamamlanmamışdan əvvəl "Danimarkalı qız" layihəsi haqqında məlumat verdiyinə görə təəssüf edir. O, həmçinin əlavə edir ki, hələ də filmi ekranlaşdırmaqda maraqlıdır və yenidən layihəyə qayıda bilər.[14][15]
12 yanvar 2010-cu ildə İsveç mediasına açıqlamasında İsveç rejissoru Lasse Hallström layihədə Alfredsonu əvəzləmək üçün razılaşma əldə etdiyini açıqlamışdı.[16]
Gerda Vegener rolunun əslində Şarliz Teron tərəfindən oynanılması nəzərdə tutulsa da, onun layihədən uzaqlaşmasından sonra yerinə Qvinet Peltrou təyin edilmişdir.[17] Lakin, məkan dəyişiklikləri səbəbiylə Peltrou da layihədən uzaqlaşır.[18] Bundan sonr rolu Uma Turmanın canlandıracağı haqqında şaiyələr yayılmış, 2010-cu ilin sentyabrında isə Mariyon Kotiyarın Gerda rolu üçün əsas namizəd olduğu bildirilmişdi.[19]
11 iyun 2010-cu ildə "The Hollywood Reporter" filmin Almaniyanın NRW Film Şurasından €1.2 milyon ($1.5 milyon) maliyyələşmə ala bildiyini açıqlamışdı. Razılaşmanın şərtlərinə Almaniyada 19 günlük çəkilişlər də daxil idi.[20] 2011-ci ilin fevralında "Screen Daily" filmin çəkilişlərinin həmin ilin iyulunda başlayacağı və Reyçel Veytzin Gerda rolunu canlandıracağı haqqında məlumat yaymışdı.[21] Həmin ilin mayında həm Veytzin, həm də Hallströmun layihədən uzaqlaşdığı açıqlanmışdı.[22]
28 aprel 2014-cü ildə filmin Tom Huperin rejissorluğu ilə çəkiləcəyi və Eddi Redmeynin baş rolu canlandıracağı açıqlandı.[23] 19 iyun 2014-cü ildə isə Alisiya Vikanderin Gerda rolu üçün seçilməsi elan edildi.[24] 8 yanvar 2015-ci ildə Mattias Şonarts aktyor heyətinə qoşulmuşdur.[25]
Filmin çəkilişlərinin 2010-cu ilin yazında Berlində başlaması planlaşdırılırdı.[26][27] Kokson "Creative Screenwriting"-ə açıqlamasında çəkilişlərin Tom Huperlə başlayacağını və onun köhnə ssenari üzrə film çəkəcəyini açıqlamışdı: "Tom Huper üzərində dayanana kimi, biz təxminən iyirmiyə yaxın layihə dəyişdik. Lakin, çəkməyə başladığımız layihə, lap birinci yazılmış və tomun hələ 2008-ci ilin əvvəllərində oxuduğu ssenaridir. Mən Tom üçün ssenari üzərində çoxsaylı dəyişikliklər etsəm də, biz kişik dəyişikliklərlə ilkin variantı istifadə etmək qərarına gəldik.".[12]
Filmin çəkilişləri 2015-ci ilin fevralında başlamış və Redmeyn bu zaman çəkiliş meydanında diqqət çəkmişdir.[28] Çəkilişlər həm də 1930-cu illər Kopenhagenini xatırladan Nihavn ərazisində aparılmışdır.[29][30] 31 mart 2015-ci ildə Redmeyn döyüş səhnəsində diqqət çəkmişdir.[31] Kopenhagen və Paris mənzilləri dekorasiyası Londondakı Elstri Studiyasında qurulmuş, əlavə olaraq Kopenhagen və Brüsseldə bəzi çəkilişlər aparılmışdır.[32] 12 aprel 2015-ci ildə filmin çəkilişləri tamamlanmışdır. 44 gün davam edən istehsal prosesində 6 ölkədə 186 səhnə çəkilmişdir.[32]
Orijinal saundtrek 4 dekabr 2015-ci ildə Decca Records şirkəti tərəfindən satışa buraxılmışdır və özündə fransız kinobəstəkarı Aleksandr Despla (fr. Alexandre Desplat) tərəfindən yaradılmış soundtrek siyahısını saxlayır. O, 20 mahnını özündə birləşdirir, saundtrekin ümumi müddəti 59:06 dəqiqəyə bərabərdir[33]. 2015-ci ildə Satellite Awards, eləcə də 2016-cı ildə Qızıl Qlobus Mükafatlarının keçirildiyi mərasim zamanı, Despla öz işinə görə "Ən yaxşı film musiqisi" kateqoriyası üzrə bir neçə nominasiya əldə etmişdir.
The Danish Girl Original Motion Picture Soundtrack | |
---|---|
Aleksandr Desplat tərəfindən ifa olunmuş film musiqisi | |
Növü | film musiqisi |
Yayımlanma tarixi | 4 dekabr 2015 |
Janr | film musiqisi |
Müddət | 59:06 |
Leybl | Decca Records |
Prodüser |
Orijinal kompozisiya siyahısı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Filmin post-prodakşn mərhələsi 2015-ci ilin sentyabrında tamamlanmışdır.[35] Bəstəkar Aleksandr Desplatın sözlərinə görə, filmin istehsalının bu mərhələsi çox sürətlə tamamlanmışdır. Montaj işləri həyata keçirildiyi dövrdə Desplat film musiqisini yazmış və filmin Venesiya Beynəlxalq Film Festivalında təqdim edilməsinə cəmi bir həftə qalmış film musiqisi lentə alınmışdır.[36]
"Indiewire" və "After Ellen" saytlarına açıqlamasında Tom Huper filmin romandan fərqli bitəcəyini bildirmişdi. Belə ki, romanda Gerda və Lili birlikdə qalmır, lakin, filmdə onların birlikdə qaldıqları göstərilir. Hansın süjet xəttini xüsusi vurğulayan Huper, bildirir ki, çalışıblar elə görünməsin ki, sanki Hans və Gerda arasında hansısa romantik münasibət yarana bilər və ya Hans Liliyə rəqib ola bilər.[37][38]
Alisiya Vikander MTV International telekanalına verdiyi müsahibədə bildirmişdi ki, Ember Hördün rəqs etdiyi iki səhnə kəsilmişdir, bu ixtisardan əvvəl birinci montajın yekununda isə film 2 saat davam etmişdir.[39]
4 mart 2015-ci ildə "Focus Features" filmin 27 noyabr 2015-ci ildə məhdud yayıma çıxarılacağını açıqlamışdı.[40] Filmin dünya premyerası 5 sentyabr 2015-ci ildə 72-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur.[41][42] 1 yanvar 2016-cı ildə film Birləşmiş Krallıqda çıxarılmışdır.[11]
Eddi Redmeynin Lili Elbe rolunda ilk fotosu 26 fevral 2015-ci ildə yayımlanmışdır.[43] Avqustda Vikander və Redmeynin birlikdə təsvir edildiyi posterlər çıxarılmışdır.[44] 1 sentyabr 2015-ci ildə filmin ilk treyleri[45], 19 noyabr 2015-ci ildə isə filmdən ilk klip təqdim edilmişdir.[46]
27 yanvar 2016-cı ildə $15 milyon büdcəsi olan "Danimarkalı qız" filminin Şimali Amerika gəlirləri $9.97 milyon, digər ərazilərdən gəlirləri $20.94 milyon, ümumdünya gəlirləri isə $30.92 milyona çatmışdır.[4]
Dekabrda kinoteatrlara paylanana kimi film, 27 noyabr 2015-ci ildə ABŞ və Kanadada məhdud yayıma buraxılmış, Nyu-York və Los-Ancelesdə cəmi dörd kinoteatrda göstərilmişdir.[47] Açılış həftəsonu $185,000 toplayan film, $46,250 orta gəlirlə teatr başına bölgüyə görə 2015-ci ildə altıncı ən gəlirli film olmuşdur.[47] Açılış həftəsonu izləyicilərin 58%-i qadınlar olmuşdur ki, onların da 67%-i 40 yaşından böyük olmuşdur.[47]
"Danimarkalı qız" filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. "Rotten Tomatoes" aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: "Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir."[48] "Metacritic" aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, "əsasən müsbət rəylər" alması qeyd edilmişdir.[49]
"Vulture.com"-dan Kayli Buçanan yazır ki, film, "əslində streyt insanlar haqqında olan kvir və trans filmləri" tendensiyasını davam etdirir.[50] "The Sydney Morning Herald"dan Pol Birns filmi "itirilmiş imkan" adlandırı və deyir ki, "geyimlər emosiyalardan daha inandırıcı görünür."[51] "Minority" jurnalında film haqqında dərc edilmiş məqalədə qeyd edilir ki, "…film, incə detallardan ibarətdir. Rejissor, çox güman ki, bununla izləyiciyə Lilinin həyəcanlarını maksimum çatdırmağa çalışıb. Məhz bu səbəbdən filmdə cərəyan edən hadisələr hansısa məqamda uzanır, hansısa məqamda isə əksinə, qısalır."[52]
Sisgender kişinin filmdə trans qadın obrazını canlandırması da bəzi tənqidlərə səbəb olmuşdur.[53] Film həm də tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə, bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir.[54][55][56]
"Mənəvi əxlaqsızlıq"[74] səbəbiylə film Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İordaniya və Küveytdə qadağan edilmişdir.[75]