. Love.az

Dargalar - Wikipedia - Love.az

Ana Səhifə - Dargalar

Darğalar — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd.[1]

Darğalar
40°21′31″ şm. e. 47°06′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 89 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Darğalar xəritədə
Darğalar
Darğalar

Tarixi

redaktə

Qarabağ düzündədir. Yaşayış məntəqəsini darğalar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Nəsil isə adını keçmişdə nəsli vəzifə sayılan "darğalıq"dan almışdır. Darğa/daruğa/daruğaçı (monqol. daruxu "sıxmaq", "daraltmaq", məcazi mənada "möhürləmək") orta əsrlərdə monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda monqol xanının vergi toplayan və əhalini siyahıya alan nümayəndəsi, inzibati məmur olmuşdur. Əsasən hökmdar tərəfindən təyin edilən darğalar lazım gəldikdə yerli əhalidən yardımçı hərbi hissələr təşkil edir, asayişi qoruyurdular. Qızıl Ordada onlar baskak, bəzi şərq ölkələrində isə şəhnə adlanırdılar. Vəzifə adı kimi Darğaməlik (Ordubad r-nu) oykonimində saxlanılmışdır.[2]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 39.  (az.)
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Darğalar&oldid=7699652"
LOVE.AZ