. Love.az

Darkend Gumbezi - Wikipedia - Love.az

Ana Səhifə - Darkend Gumbezi

Darkənd günbəzi — Ordubad rayonunun Darkənd kəndində yerləşir. XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.

Günbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır.

Darkənd günbəzi dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir.

Mənbə

redaktə
  • http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=25054
  • http://www.anl.az/down/meqale/525/2014/sentyabr/390505.htm
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Darkənd_gümbəzi&oldid=8090955"
LOVE.AZ