Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Davud Gülalı oğlu Həsənov (11 iyul 1932, Kür Qaraqaşlı, Salyan rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, texnika üzrə elmlər doktoru.
Davud Həsənov | |
---|---|
Davud Gülalı oğlu Həsənov | |
Doğum tarixi | 11 iyul 1932(1932-07-11) (92 yaş) |
Doğum yeri | |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | |
İş yeri |
Həsənov Davud Gülalı oğlu 11 iyul 1932-ci ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. 1941-ci ildə Kürqaraqaşlı kənd "7" illik məktəbinə daxil olmuş və 1947-ci ildə məktəbi bitirərək, Salyan tibb məktəbinə daxil olmuş, 1949-cu ildə oranı bitirdikdən sonra Saatlı rayonunda feldşer vəzifəsində çalışmışdir, Saatlı rayonunda işlədiyi müddətdə məktəbin 10-cu sinfini bitirib. 1952-ci ildə Az\ərbaycan Sənaye Universitetinə daxil olub və 1957-ci ildə oranı bitirərək "Azərneftyağ" Neft Emalı zavoduna təyinat almış, 1957-ci ildən 1962-ci ilədək "Azərneftyağ" Neft Emalı zavodunda müxtəlif vəzifələrdə çalışnışdır. 1962-ci ildə АМЕА-nın Neftkimya Prosesləri İnstitutunda aspiranturaya daxil olub və 1967-ci ildə müdafiə edərək texnika elmlər namizədliyinə layiq görülmüşdür.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmlər doktoru adını alıb, 1988-ci ildən AMEA-nın AKİ-də "Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışır.
O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, hazırda institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışır.
D. Həsənov 135 elmi əsərin müəllifidir.
1949 feldşer, 1957–1962 "Azərneftyağ" Neft Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1962–2017-ci illərdə AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, k.e.i., b.e.i.,1988-ci ildən laboratoriya müdiri vəzifəsində çalışır.
Yüksək ixtisaslı elmi kadrların hazırlanması istiqamətində fəaliyyəti nəticəsində 4 nəfər texnika üzrə fəlsəfə doktoru, 1 nəfər texnika üzrə elmlər doktoru hazırlanmışdır.
"Aşqarların istehsalında texnoloji proseslərin təkmilləşdirilməsi" sahəsində apardığı elmi işlərə görə 6 dəfə Mendeleyev adına Kimya Cəmiyyətinin diplomu və iki dəfə SSR Bilik Cəmiyyətinin təşəkkürnaməsi ilə təltif edilmişdir. D. G. Həsənov axırıncı illərdə 3 dəfə AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur.