. Love.az

Davud Kazimov - Wikipedia - Love.az

Ana Səhifə - Davud Kazimov

Davud Mehdi oğlu Kazımov (9 noyabr 1926, Bakı – 14 fevral 2015, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (1992).

Davud Kazımov
Davud Mehdi oğlu Kazımov
Doğum tarixi 9 noyabr 1926
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 14 fevral 2015 (88 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı
  • Akif Kazımov
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Janr rəssamlıq
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 19771977

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Tanınması
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

Davud Kazımov 1926-cı ildə Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olmuşdur. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub.

Yaradıcılığı

redaktə

Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub.

Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir.

Davud Kazımov Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri qeyd olunur.

"Neft daşları"nda Xəzər neftçilərinin həyatı rəssamın üstünlük verdiyi mövzularından biri olmuşdur. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib.

Davud Kazımov bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssam 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq, yaradıcılığında xüsusi yer tutan "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"nə daxil olan əsərlərini yaradıb.

Tanınması

redaktə

Xalq rəssamının əsərləri Almaniya, Çexoslovakiya, İtaliya, İraq, Türkiyə və başqa ölkələrdə nümayiş etdirilib. Hazırda rəssamın bir sıra əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Tarix Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir.

Davud Kazımov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi çalışıb və rəngkarlıq fakültəsində pedaqoq kimi fəaliyyət göstərmişdir.[1]

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 5 dekabr 1977[2]
  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 4 mart 1992

İstinadlar

redaktə
  1. ↑ "Xalq rəssamı Davud Kazımovun fərdi sərgisi açılacaq". 2012-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-23.
  2. ↑ Respublikanın təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Davud_Kazımov&oldid=6863220"
LOVE.AZ