Delaver çayı — ABŞ-ın Orta Atlantik bölgəsində yerləşən əsas çay. Şərqi Amerikada ən uzun, sərbəst axan (bəndsiz) çaydır. Çayın qollarının Nyu-York ştatının Hankok şəhərində birləşdiyi nöqtədən başlayaraq, Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Delaver ştatlarının sərhədləri boyunca 454 km məsafə qət edərək Delaver körfəzinə tökülür.
Delaver çayı | |
---|---|
Delaware River | |
![]() | |
Ölkə | |
Uzunluğu |
|
Su sərfi | 224 ± 0,001 m³/s |
Hövzəsinin sahəsi | 36.568 km² |
![]() |
Çay Milli Yabanı Təbiət Federasiyası tərəfindən ölkənin "Böyük Suları"ndan biri kimi tanınmışdır[1] və “American Rivers” təşkilatı tərəfindən "Şimal-şərqin Həyat Damarı" adlandırılmışdır.[2] Çayın hövzəsi 35070 km² ərazini su ilə təmin edir və 17 milyon insan, o cümlədən Nyu-York şəhərinin yarısı Delaver akveduku vasitəsilə içməli su alır.