. Love.az

Diderginler Film 1990 - Wikipedia - Love.az

Ana Səhifə - Diderginler Film 1990
Didərginlər
Janr idman
Rejissor Miri Rzayev
Ssenari müəllifi Fəraməz Səfiyev
Operator Sədrəddin İsmayılov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1990
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1990
Texniki məlumatlar 2 hissə
284 metr
35 mm
Rəng rəngli

Mündəricat

  • 1 Məzmun
  • 2 Filmin heyəti
    • 2.1 Film üzərində işləyənlər
  • 3 Mənbə

Məzmun

redaktə

Film vaxtilə respublikadan didərgin salınmış idmançılar haqqındadır. Bu tanınmış idmançılara Vətəndə heç bir şərait yaradılmadığına görə onlar öz xoşbəxtliklərini ölkənin digər şəhərlərində axtarmalı olmuşlar. Minskdə yaşayan, üç dəfə dünya çempionu, Olimpiya oyunlarının qalibi, güləşçi Kamandar Məcidov, Avropa çempionu Natiq Bağırov, dzü-do və sambo üzrə idman ustası, moskvalı Kamran Məmmədov, Leninqraddan olan beynəlxalq dərəcəli idman ustası Raqif Məmmədov və başqaları ekrandan bu barədə danışırlar.

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Rejissor: Miri Rzayev
Ssenari müəllifi: Fəraməz Səfiyev
Operator: Sədrəddin İsmayılov
Səs operatoru: Şamil Kərimov

Mənbə

redaktə
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Didərginlər_(film,_1990)&oldid=7199836"
LOVE.AZ