. Love.az

Digah Lenkeran - Wikipedia - Love.az

Ana Səhifə - Digah Lenkeran

Digah — Azərbaycan Respublikasının Lənkəran şəhərinin Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Digah
38°45′41″ şm. e. 48°49′35″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Lənkəran şəhəri
Bələdiyyə sədri Natiq Babayev
Tarixi və coğrafiyası
Sahəsi 2,5058 km²
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 2.816 nəfər (2024)
Milli tərkibi azərbaycanlılar, talışlar
Xəritəni göstər/gizlə
Digah xəritədə
Digah
Digah

Mündəricat

  • 1 Toponimiyası
  • 2 Əhalisi
  • 3 Din
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimiyası

redaktə

Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim talış dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır.[2]

Əhalisi

redaktə

Digah kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 2.816 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.[3][4]

Din

redaktə

Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  2. ↑ Digah (Lənkəran) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  4. ↑ "http://lenkeran-ih.gov.az/az/belediyyeler.html". (#cite_web_url)
  5. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax

redaktə
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Digah_(Lənkəran)&oldid=8100028"
LOVE.AZ