. Love.az

Dilsad Elbrus - Wikipedia - Love.az

Ana Səhifə - Dilsad Elbrus

Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor.[1][2]

Dilşad Talıbxan Elbrus
Doğum tarixi 31 may 1916
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 11 aprel 1979 (62 yaşında)
Vəfat yeri İzmir, Türkiyə
Atası Talıbxan bəy Talıbxanov
Təhsili
  • İstanbul qız liseyi,
  • İstanbul Universiteti
Fəaliyyəti fizik, nüvə fiziki, universitet müəllimi[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ailə həyatı
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Mənbə

Həyatı

redaktə

Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur.[3] Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir.

Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir.[4]

Fəaliyyəti

redaktə
 
Soldan sağa: Rəmziyə Akpınar, Adnan Sokullu, Səid Akpınar, İhsan Özdoğan, Dilşad Talıbxan Elbrus, Belkis Özdoğan. 1942

Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir. 1954-cü ilin noyabr ayında dosent adını almışdır. 1957-ci ilin noyabr ayında İzmirdə Ege Universiteti tibb fakültəsi Fizika İnstitutuna dəyişilmişdir.

Dilşad Talıbxan Elbrus 11 iyul 1961-ci ildə İzmirdə Ege Universitetinin professoru seçilmişdir. İki kitabı çap olunmuşdur.

Dilşad Talıbxan Elbrus rus, alman, ingilis dillərini mükəmməl bilmişdir. İngiltərənin və İsveçrənin müxtəlif universitetlərində uzun illər çalışmışdır.

Dilşad Talıbxan Elbrus 1976-cı ildə təqaüdə çıxmış, 11 aprel 1979-cu ildə vəfat etmişdir.[5]

Ailə həyatı

redaktə

Dilşad Talıbxan Elbrus məsləkdaşı, fizika professoru Adnan Sokullu (1910–2005) ilə ailə quraraq Sokullu soyadını qəbul etmişdir. Evlilik həyatında İstanbulda yaşamışdır. Bir müddətdən sonra ayrılmışlar. Ayrıldıqdan sonra İstanbuldan İzmirə köçmüşdür.

İstinadlar

redaktə
  1. ↑ ""Soyuq Müharibə" planını azərbaycanlı yazıb!". lent.az. 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
  2. ↑ Əhməd, Dilqəm. "Rəsulzadəyə bayraq hədiyyə edən iki bacı – Qarabağlı məşhur fizik". teleqraf.com. 2022-01-19. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-17.
  3. ↑ Tahirqızı, Ülviyyə. "Üstümə doğacaq günəşlərdən bezdim mən..." Xalq Cəbhəsi" qəzeti. 2014-12-06. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  4. ↑ "Nüvə fizikası sahəsində ilk azərbaycanlı qadın alim". news.milli.az. 2012-09-24. 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  5. ↑ Özcan, Ömər. "Prof. Dr. Dilşad Talıbxan Elbrus". muallim.edu.az. 2012-04-20. 2023-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.

Həmçinin bax

redaktə
  • Talıbxan bəy Talıbxanov
  • Sürəyya Talıbxanbəyli
  • Qəmər Ağaoğlu

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 4, səh.3–10.
  • Ömər Özcan. Prof. Dr. Dilşad Talıbxan Elbrus. "Azərbaycan müəllimi" qəzeti, 20 aprel 2012-ci il
  • Ömər Özcan. Fevziyyə Tansel Prof. Dr. Dilşad Talıbxan haqqında. "Azərbaycan müəllimi" qəzeti, 25 may 2012-ci il
  • Dünyada yenilik edən azərbaycanlı qadın — Dilşad Elbrus
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dilşad_Elbrus&oldid=7965544"
LOVE.AZ