. Love.az

Dilare Selim - Wikipedia - Love.az

Ana Səhifə - Dilare Selim

Dilarə Hamlet qızı Səlim (15 avqust 1968, Bakı) — Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist, Mədəniyyət telekanalın direktoru (10.01.2024-cu il tarixindən)

Dilarə Səlim
Doğum tarixi 15 avqust 1968 (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist

Həyatı

redaktə

Dilarə Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru, "Görüş yeri" verilişinin müəllif və aparıcısıdır. 2024-cü ilin yanvar ayında Mədəniyyət Televiziyasına direktor təyin edilib.[1]

Ailəlidir, iki qızı var.

İstinadlar

redaktə
  1. ↑ ""Mədəniyyət" telekanalına yeni direktor təyin edilib". Oxu.Az (az.). 2024-01-10. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.

Xarici keçidlər

redaktə
  • Dilarə Səlim: "Azərbaycanda tanınmışlar arasında ilk adam mənəm ki…" — SÖHBƏT Arxivləşdirilib 2017-04-27 at the Wayback Machine
  • https://www.youtube.com/watch?v=vhb3elPHVMs&t=2s
  • https://www.youtube.com/watch?v=IWFFipTgLXU&t=165s
  • http://gabalacity-adam.blogspot.com/2013/10/dilar-slim.html
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dilarə_Səlim&oldid=7421473"
LOVE.AZ