Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Qarazəncir, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000).
Dilrubə Camalova | |
---|---|
Dilrubə Cəbrayıl qızı Camalova | |
| |
23 avqust 1993 – 31 may 2000 | |
Əvvəlki | Hüseynqulu Məmmədov |
Sonrakı | Yaşar Rzayev |
1981 – 1988 | |
Əvvəlki | İsa Məmmədov (dövlət xadimi) |
Sonrakı | Aqil Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1938(1938-01-07) |
Doğum yeri | |
Vəfat tarixi | 13 mart 2009(2009-03-13) (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
![]() ![]() |
Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı.[1]
Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.
1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır.
1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.
1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.
2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.