. Love.az

Dimitri Sevardnadze - Wikipedia - Love.az

Ana Səhifə - Dimitri Sevardnadze

Dimitri Şevardnadze (gürc. დიმიტრი შევარდნაძე; 1 dekabr 1885 – 1937[1], Tbilisi) — gürcü rəssamı, sənət kolleksiyaçısı və İosif Stalin repressiyaları zamanı Böyük təmizləmə qurbanı ziyalı.

Dimitri Şevardnadze
gürc. დიმიტრი შევარდნაძე
Doğum tarixi 1 dekabr 1885(1885-12-01)
Vəfat tarixi 1937[1]
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Fəaliyyəti rəssam, fotoqraf, səhnə dizayneri, kostyum dizayneri[d]
Təhsili
  • Münhen Rəssamlıq Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyat
  • 2 Üsyan
  • 3 Ailə
  • 4 İstinadlar

Həyat

redaktə

Gürcüstanın qərbində, o zaman Rusiya İmperiyasının bir hissəsi olan Quriya əyalətində kiçik bir kənd olan Baxvidə anadan olub, Sankt-Peterburq və Münhen rəssamlıq akademiyalarında təhsil alıb. Gürcüstana qayıtdıqdan sonra o, 1916-cı ildə Gürcüstan Rəssamları Assosiasiyasını yaradıb və ona rəhbərlik edib. O, həmçinin Milli İncəsənət Qalereyasının (1920) və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının (1922) yaradılmasına kömək etmişdir. O, bir sıra opera və teatr tamaşalarını, kinofilmləri bəzəyib, Tbilisi Dövlət Universitetinin rəsmi loqosunu tərtib edib. Həmçinin orijinal gürcü çapının, poçt markalarının və əskinaslarının dizaynını hazırlayıb.[2]

 
Şevardnadzenin avtoportreti

Üsyan

redaktə

1937-ci ildə Gürcüstanın kommunist başçısı Lavrentiy Beriya Tiflisdəki orta əsr Metexi kilsəsini dağıtmaq niyyətində idi, lakin Dimitri Şevardnadzenin başçılıq etdiyi bir qrup gürcü ziyalısının inadkar müqaviməti ilə qarşılaşdı. Beriya müqavimətə cavab olaraq bildirir ki, hazırkı kilsə yerinə onun miqyaslı maketini insanların görə bilməsi üçün muzeydə saxlamaq kifayətdir. Daha sonra isə Şevardnadzeyə özəl olaraq bildirir ki, kilsəni xilas etmək səylərindən əl çəksə onu gələcək muzeyin direktoru təyin edəcəklər. Sənətçi bundan imtina etdi və nəticədə 1937-ci il 11 iyunda həbs olundu və daha sonra isə 12 sentyabrda edam edildi.[3] Bununla belə, kilsə qorunub saxlanılmışdır.[4]

Ailə

redaktə

Gürcüstanlı siyasətçi Eduard Şevardnadze Dmitri Şevardnadzenin əmisi oğlu idi.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Dimitri Ševardnaże // Faceted Application of Subject Terminology.
  2. ↑ "Dimitri Shevardnadze" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. G. Gersamia. Photomuseum.org.ge
  3. ↑ "დიმიტრი შევარდნაძე" Arxivləşdirilib 2021-10-29 at the Wayback Machine. Nplg.gov.ge
  4. ↑ Ami Knight (1993), Beria: Stalin’s First Lieutenant, page 84. Princeton University Press, ISBN 0-691-01093-5
  5. ↑ "ШЕВАРДНАДЗЕ: БЕРИЯ УБИЛ СТАЛИНА И РАССТРЕЛЯЛ ДВОЮРОДНОГО БРАТА МОЕГО ОТЦА". 22 March 2010. Georgians.ru
  Vikianbarda Dimitri Şevardnadze ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dimitri_Şevardnadze&oldid=6726045"
LOVE.AZ