. Love.az

Dinamo Mahacqala Fk - Wikipedia - Love.az

Ana Səhifə - Dinamo Mahacqala Fk
Bu adın digər istifadə formaları üçün bax: Dinamo.

«Dinamo» FK — Mahaçqala şəhərindən olan Rusiya futbol klubu. 2007-ci ildə Həvəskar futbol liqasında çıxış edirdi.

Dinamo Mahaçqala FK
Loqonun şəkli
Ölkə
  •  Rusiya
Yaranma tarixi 1927, 29 iyun 2021
Stadionu Dinamo[d]
Liqa Rusiya Premyer Liqası
2007 10-cu yer
Ev forması
Səfər forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Başqa adları
  • 2 Tarixi
  • 3 Məşqçilər
  • 4 Nailiyyətlər
  • 5 Xarici keçidlər

Başqa adları

redaktə
  • 1958—1960 — «Temp»
  • 1996—1997 — «Dinamo‑İmamat»

Tarixi

redaktə

Klub 1946-cı ildə yaradılıb və debüt çıxışını «Şimali Qafqaz» zonasında üçüncü liqada etmişdir. Mövsüm nəticələrinə görə «Dinamo» mümkün səkkiz yerlərdən yeddinci yer tutur və həmin ili buraxılır. Klub 1958-ci ilə qədər heç bir SSRİ çempionatında çıxış etmir. Ancaq bu dəfə «Temp» adı ilə. 1960-cı ildə komandaya onun keçmiş adı — «Dinamo» qaytarılır. 1967-ci ildə «Dinamo» Birinci sovet futbol liqasının qalibi olur və oradan İkinci Qrupa keçir. 1971-ci ildə, çempionatın yeni təşkilatlanmasından sonra yenidən İkinci liqada çıxış etməyə başlayır. 1989-cu ildə «Dinamo» 20 mümkün yerlərdən 18-cisini tutur və İkinci aşağı liqaya enir. 1993-cü ildə «Dinamo» Rusiya İkinci liqasında çıxış etməyə başlayır. Ancaq yenə də uğursuz olur. Komanda 1994-cü ildə 20-ci yeri tutur. 1996-cı ildən 1997-ci ilədək komanda «Dinamo-İmamat» adını daşıyıb. 1998-ci ildə «Dinamo» İkinci PFL divizionunda çıxış etməyə başlayır. 2003-cü ildə «Dinamo» ən böyük uğurlarından birini atır və «Cənub» zonasında birinci yer tutaraq Birinci PFL divizionuna qalxır. 2005-ci ildə birinci divizionda beşinci yer tutaraq bütün tarixi ərzində ən yüksək nəticəni əldə edir. Mövsüm bitdikdən sonra 2006-cı ildə klubun lisenziyası əlindən alınır. 2007-ci ildən «Dinamo» Həvəskar futbol liqasında oynayır.[mənbə göstərilməlidir]

Məşqçilər

redaktə
  • 1971 — Nikolay Rasskazov
  • 1989 — Viktor Lukaşenko

Nailiyyətlər

redaktə
  • SSRİ çempionatında ən yüksək yer — İkinci liqada 6-cı yer 1975
  • Rusiya çempionatında ən yüksək yer — Birinci PFL divizionunda 5-ci yer. 2005

Xarici keçidlər

redaktə
  • Rəsmi sayt Arxivləşdirilib 2007-01-06 at the Wayback Machine (2006-cı ildən yenilənmir)
  • Qeyro-rəsmi sayt (2004-cü ildən yenilənmir)
Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dinamo_Mahaçqala_FK&oldid=8046745"
LOVE.AZ