. Love.az

Diyalli - Wikipedia - Love.az

Ana Səhifə - Diyalli

Diyallı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Diyallı kənd inzibati ərazi dairəsində kənd.[2]

Diyallı
40°46′22″ şm. e. 48°13′51″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 780 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.016 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3115[1]
Xəritəni göstər/gizlə
Diyallı xəritədə
Diyallı
Diyallı

Diyallı İcra Nümayəndəliyinə daxil olan kəndlər–Diyallı,Sədiyan və Güyüm kəndləri

Diyallı rayon mərkəzindən 10 km şərqdə Əyriçayın sahilindən 4 km aralı İsmayıllı–Şamaxı şose yolu kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir.

Mündəricat

  • 1 Etimologyası
  • 2 Əhali
    • 2.1 Tanınmışları
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Etimologyası

redaktə

Toponim: di tatca "iki" (Oqtay İsmayıllının fikrincə yunanca) və yal komponentlərindən ibarət olub, "iki yallı yerdə salınan kənd" mənasındadır. Həqiqətən də kəndin şimalında iki qoşa zirvə, yal vardır.[mənbə göstərilməlidir] Toponim öz adında coğrafi mövqeyi əks etdirmişdir. Cənubi Azərbaycan ərazisində də eyniadlı yer və vadi qeydə alınmışdır.[mənbə göstərilməlidir]

Lətifə Əliyevanın “Diyallı” kitabından götürülmüş məlumata əsasən, indiki Diyallının ilk sakinləri eramızdan əvvəl İraqdan köçmüş və kəndin adını özləri ilə gətirmişlər. Bu ilk köçkünlərin Dəlcə çayının qolu olan Diyala çayı ətrafında–Diyala mahalında yaşayan türk–şumerlər olduğuna inanılırdı. Rəvayətə görə, onlar ərəb–yəhudi tayfalarının hücumları nəticəsində buraya gələrək kənd salmışlar.[mənbə göstərilməlidir]

Əhali

redaktə

1859–1864-cü ilə olan məlumata əsasən Diyallı kəndində 91 evdə 282 nəfəri kişilər, 225 nəfəri isə qadınlar olmaqla 507 nəfər sünni təriqətli müsəlman Azərbaycan türkü yaşayırdı.[3] Əhalisi 1620 nəfərdir ki onun da 819 nəfəri kişi, 801 nəfəri qadındır.

Tanınmışları

redaktə
  • Bəxtiyar Məmmədov — Kimya elmləri doktoru, professor.
  • Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi, itkin.

İstinadlar

redaktə
  1. ↑ http://www.azerpost.az/?options=content&id=188.
  2. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. ↑ Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 31[ölü keçid]

Həmçinin bax

redaktə
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Diyallı&oldid=8138638"
LOVE.AZ