. Love.az

Dmitri Omer Bey Servasidze - Wikipedia - Love.az

Ana Səhifə - Dmitri Omer Bey Servasidze

Dmitri Ömər bəy Şervaşidze — Abxaziya knyazı.

Dmitri Ömər bəy Şervaşidze
Abxaziya knyazı
1821 – 1823
ƏvvəlkiGeorgi Səfər bəy Şervaşidze
SonrakıMixail Həmid bəy Şervaşidze
Şəxsi məlumatlar
Doğum tarixi 1795
Doğum yeri Abxaziya
Vəfat tarixi 16 oktyabr 1822
Vəfat yeri Lıxnı,Abxaziya
Atası Georgi Səfər bəy Şervaşidze
Anası Tamara Dadiani
Ailəsi Şervaşidze sülaləsi
Dini Sünni İslam/Pravoslav

Həyatı

redaktə

Georgi Səfər bəy Şervaşidze və Tamara Dadianinin ilk övladı idi. Dmitri Sankt-Peterburqda hərbi təhsil almış və Rus ordusunda polkovnik rütbəsi almışdı. Əsl adı Ömər olsa da xristian olduqdan sonra Dmitri adını qəbul etmişdir. Atasının ölümündən sonra 1821-ci ildə knyaz olmuş, lakin 1822-ci ildə Abxaziyanın Lıxnı qəsəbəsində zəhərlənərək öldürülmüşdür. Övladı olmadığı üçün yerinə kiçik qardaşı Mixail Həmid bəy Şervaşidze keçmişdir.[1]

Mənbə

redaktə
  1. ↑ ""СМУТНОЕ ВРЕМЯ" И КАРАТЕЛЬНЫЕ ЭКСПЕДИЦИИ ПРОТИВ ГОРЦЕВ". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dmitri_Ömər_bəy_Şervaşidze&oldid=7066037"
LOVE.AZ