. Love.az

Doganci Yusif Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Doganci Yusif Pasa

Doğancı Yusif Paşa (v. yanvar 1670, Timeşvar əyaləti, Osmanlı imperiyası) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Doğancı Yusif Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi yanvar 1670
Vəfat yeri
  • Timeşvar əyaləti, Osmanlı imperiyası
Həyat yoldaşı
  • Burnaz Atiyə Sultan

Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun doğancılar ocağında təlim-tərbiyə gördükdən sonra 1652-ci ildə vəzir rütbəsi alaraq divana daxil olan Yusif Paşa həmin ilin iyulunda Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla nigahlandı. Rumeli və Anadoluda müxtəlif dövlət vəzifələrində xidmət edən Yusif Paşa 1666-cı ildə Timeşvar bəylərbəyi təyin edildi. 1670-ci ilin yanvarında burada vəfat etdi.

İstinadlar

redaktə
  1. ↑ Sicill-i Osmani V, səh. 323
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Doğancı_Yusif_Paşa&oldid=7156148"
LOVE.AZ