. Love.az

Dominikan Qagayisi - Wikipedia - Love.az

Ana Səhifə - Dominikan Qagayisi

Dominikan qağayısı (lat. Larus dominicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü.

Dominikan qağayısı
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Gruimorphae
Dəstə:
Çovdarçıkimilər
Yarımdəstə:
Lari
Fəsilə:
Qağayılar
Yarımfəsilə:
Larinae
Cins:
Qağayı
Növ:
Dominikan qağayısı
Beynəlxalq elmi adı
  • Larus dominicanus Licht., 1823[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  176849
NCBI  37036
EOL  45509293
FW  143805

Mündəricat

  • 1 Görünüşü
  • 2 Yayılması
  • 3 Qidalanması
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Görünüşü

redaktə

Bədəninin uzunluğu 58 sm, qanadları arasında məsafə 125 sm. Başının ətrafları, boynu, aşağı hissəsi, həm də quyruğu ağ, qanadlarınln üzəri və bel hissəsi qara olur. Ayaqları sarıdan zeytuni-yaşıl rəngə qədər dəyişir.

Yayılması

redaktə

Cənubi Amerikanın cənub sahillərindən tutmuş, Cənubi Afrika sahillərinə, Yeni Zelandiya və Subantarktik qurşada yerləşən adalarda yayılmışdır. Bu yeganə qağayı növüdüe ki, Antarktik yarımadasında yuva qoyur. Yuvanı əsasən balıqqulağı, sümük və otlardan hazırlanmış yuvalarda yumurta qoyurlar. 4 ay qırt yatırlar. 2–3 olmaqla yumurta qoyurlar.

Qidalanması

redaktə

Dominikan qağayısı ilbiz və digər quşların balaları ilə qidalanır.

Argentinanın Valdes yarımadası yaxınlığında son 30 ildə Cənub balinası ilə qidalanır. İlk əvvəllər Dominikan qağayısı balinanın üzərində olan parazitlər və qocalmış dərilərlə qidalanırdılar. Hazırda isə onlar artıq balinaların sağlam dərilərini qopararaq yerirlər. Bu isə balinaların daim hərəkətdə olmasına səbəb olur. Xüsusi ilə balalı balinalar bundan böyük əziyyət çəkirlər.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dominikan_qağayısı&oldid=7163952"
LOVE.AZ