. Love.az

Doqquz Qulle - Wikipedia - Love.az

Ana Səhifə - Doqquz Qulle

Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə.[1] [2]

Doqquz qüllə
(inq : Ийс гӏала)
Abidənin ümumi görüntüsü
Abidənin yandan görüntüsü
Xəritə
43°11′48″ şm. e. 44°46′16″ ş. u.HGYO
Ölkə İnquşetiya
Şəhər Nazran
Yerləşir İnquşetiya, Nazran
Layihə müəllifi Murad Polonkoyev
Tikilmə tarixi 1996-1997-ci illər
Üslubu qotika
Hündürlüyü 25 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Abidədə keçirilən anım günləri
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Haqqında

redaktə

Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir.

Abidədə keçirilən anım günləri

redaktə
  • 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
  • 30 oktyabr - Siyasi repressiya qurbanlarının anım günü.

Həmçinin bax

redaktə
  • Kədər maskası
  • 1944-cü ilin deportasiya qurbanları memorialı

Xarici keçidlər

redaktə
  • Doqquz qüllə Memorial Kompleksi
  • Doqquz qüllə Memorial Kompleksi

İstinadlar

redaktə
  1. ↑ "О музее \ Muzey haqqında" (rus. ). memorialing.ru. 4 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2020.
  2. ↑ "Мемориальный комплекс жертвам репрессий / Repressiya qurbanlarına Memorial Kompleks" (rus. ). culture.ru. 8 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Doqquz_qüllə&oldid=6042476"
LOVE.AZ