Dor (q.yun. Δῶρος) — qədim yunan mifologiyasında personaj.[4] O, ya Ellin[5] və Orseidin, ya Ksuf və Kreusanın,[6] ya da Egimiyanın oğlu olmuşdur.[7]
Dor | |
---|---|
Cinsi | kişi[d] |
Atası | Ellin |
Anası | Orseida |
Qardaşı və bacısı | Eol (Ellinin oğlu)[1][2], Ksuf[2][3] |
Uşaqları |
Əfsanəyə görə, Dor Peloponnes ilə üzbəüz yerləşən torpağı fəth etmiş və onun sakinlərinə dorilər adını vermişdir.[8] O, Tektamın atasıdır.[9] Dor həmçinin, Plevronun həyat yoldaşı Ksantippin atasıdır.[10] Herodotun fikrincə, onun tabeliyində olan dorilər Histieotidada yaşayırdılar.[11]