. Love.az

Dovga - Wikipedia - Love.az

Ana Səhifə - Dovga

Dovğa — Azərbaycanın milli yeməyi.

Noxudlu dovğa
Qablaşdırılmış "Naxçıvan dovğası"

Tərkibi

redaktə

Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz.

Hazırlanma qaydası

redaktə

Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.

Mənbə

redaktə
  • Azərbaycanın sulu xörəkləri Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine
  • Ləziz dovğa hazırlamanın qaydası Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine
   Azərbaycan mətbəxi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dovğa&oldid=6349216"
LOVE.AZ