. Love.az

Dusko Antunovic - Wikipedia - Love.az

Ana Səhifə - Dusko Antunovic

Duşko Antunoviç (xorv. Duško Antunović; 24 fevral, 1947 – 16 fevral, 2012) — Xorvat su polosu oyunçusu və məşqçi.[3]

Duşko Antunoviç
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Yuqoslaviya SFR[2]
Doğum tarixi 24 fevral 1947(1947-02-24)
Doğum yeri
  • Kоrçulа, Dubrovnik-Neretva jupaniyası[d], Xorvatiya
Vəfat tarixi 16 fevral 2012(2012-02-16)[1] (64 yaşında)
Vəfat yeri
  • Zaqreb, Xorvatiya
İdman növü Su polosu

Haqqında

redaktə

Xorvat Korçula Üzgüçülük klubunun və Belqradın serb "Partizan" klubunun heyətində çıxış edib. Partizanın heyətində 1970-1971-ci illər və 1974-1975-ci illər, 1975-1976-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun ardıcıl olaraq 3 dəfə qalibi olub.

Zaqreb klubu "Mladosta"nın baş məşqçisi kimi 1989-1990-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun qalibi olub. Növbəti ildə də eyni uğuru təkrarlayıb. 2011-ci ildə Xorvatiya Olimpiya Komitəsinin Matiya Lübek mükafatına layiq görülüb.

O, 1972 və 1976-cı illərdə Yay Oyunlarında Yuqoslaviyanın şərəfini qorumuşdur.[4]

İstinadlar

redaktə
  1. ↑ Umrla vaterpolska legenda Duško Antunović, Sportal, vaterpolo (xorv.).
  2. ↑ 1 2 Sports-Reference.com (ing.).
  3. ↑ "Umrla vaterpolska legenda Duško Antunović" Arxivləşdirilib 2012-04-27 at the Wayback Machine. vecernji.hr
  4. ↑ Duško Antunović Olympic Results". sports-reference.com.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Duşko_Antunoviç&oldid=6618103"
LOVE.AZ