Edo dövrü (江戸時代, Edo jidai?) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai?) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi.[1] Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı.
Edo dövrü kütləvi mədəniyyətdə bir çox işlərin mövzusudur. Bura romanlar, dram əsərləri, filmlər, televiziya şouları, cizgi filmləri və manqalar aiddir.