Elçin Həmid oğlu İsayev (16 iyun 1952, Kirovabad, Gəncə vilayəti) — Azərbaycan Respublikasının əməkdar həkimi[1] və Bank of Bakunun Müşahidə Şurasının sədri[2].
Elçin İsayev | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (72 yaş) |
Doğum yeri | Kirovabad, Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Fəaliyyəti | Həkim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Tibb elmləri namizədi |
İş yeri | Bank of Baku ASC-nin Müşahidə Şurasının sədri |
|
|
Təltifləri |
![]() ![]() |
Elçin Həmid oğlu İsayev 1952-ci il iyun ayının 16-da Gəncə şəhərində anadan olub[3].
Orta məktəb təhsilinə Kirovabadda (indiki Gəncə şəhəri) başlayan Elçin İsayev 1969-cu ildə elə həmin şəhərin 1 nömrəli məktəbini bitirib. Ali təhsilini 1969–1975-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi" ixtisası üzrə davam etdirib. Təhsili dövründə 1972–1975-ci illərdə Mərdəkanda yerləşən uşaq sanatoriyasında funksional kabinetdə tibb qardaşı vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra 1975-ci ildə Bakı şəhəri 5 saylı Şəhər Klinik Xəstəxanasında növbətçi həkim, 1978-ci ildə həmin xəstəxanada Terapiya şöbəsinin həkimi, 1990-cı ildən 2015-ci ilədək Qastroenterologiya şöbəsinin müdiri, 2015-ci ildə təqaüdə çıxdıqdan sonra Terapiya şöbəsinin həkimi olaraq çalışmağa davam edib.
Həkim kimi fəaliyyəti dövründə namizədlik dissertasiyasını müdafiə edərək 1984-cü ildə tibb elmləri namizədi elmi dərəcəsini alır. 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Baş elmi işçi" diplomuna layiq görülür[4].
O, 1994-cü ildən fəaliyyət göstərən "Bank of Baku"nun qurucularından biri olur. Elə həmin ildən etibarən Müşahidə Şurasının sədridir.
Ailəlidir, üç övladı, 4 nəvəsi var.
Elçin Həmid oğlu İsayev SSRİ Səhiyyə Əlaçısı olub. O, müxtəlif illərdə ölkə daxilində və xaricdə, o cümlədən Baltikyanı ölkələr, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə keçirilən tibb elminin müxtəlif istiqamətlərinə dair konqres və elmi-praktik konfranslarda iştirak edib[5]. Tibb elmləri namizədi, həkim-qastroenteroloq Elçin İsayevin elmi məqalələri müxtəlif ölkələrin nüfuzlu jurnallarında çap olunub.
Elçin İsayev 1975-ci ildən 5 saylı Şəhər Klinik Xəstəxanasda fəaliyyətə başlayıb. 1990-cı ildən 2015-ci ilədək Qastroenterologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə ölkə Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb[6].
Hal-hazırda Bakı şəhərinin Baş qastroenteroloqudur, konsultasiyalarını davam etdirir.
Elçin İsayev 1994-cü ildən fəaliyyət göstərən "Bank of Baku"nun qurucularından biri olub və həmin ildən etibarən bankın Müşahidə Şurasının sədridir. O, bank sahəsində korporativ idarəetmə və bank menecmenti mövzularında müxtəlif vaxtlarda keçirilən yerli və beynəlxalq seminarların da iştirakçısı olub.