Elçin Əli oğlu Məmmədov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun Rektoru.
Elçin Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | DİN Daxili Qoşunları |
Xidmət illəri | 2008-ci ildən |
Rütbəsi |
![]() General-mayor |
Vəzifəsi | Daxili qoşunların Hərbi İnstitutunun Rektoru |
Döyüşlər |
2-ci Qarabağ Müharibəsi Lokal Xarakterli Anti-terror əməliyyatları |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
Elçin Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 11 mart 2023-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.[1]
Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub.[2]
30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilib.[3]
Azərbaycan Respublikası Prezidentinin 11 mart 2024-cü il tarixli sərəncamı ilə Elçin Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.[4]
11 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.[5]