. Love.az

Elcin Mansurov Hekim - Wikipedia - Love.az

Ana Səhifə - Elcin Mansurov Hekim
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 46 saat əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Elçin Mansurov (Elçin Bilal oğlu Mansurov; 3 iyun 1960, Qılınclı kəndi, Kəlbəcər rayonu) — həkim-onkoloq, Azərbaycan Respublikasının əməkdar həkimi[1].

Elçin Mansurov
Elçin Bilal oğlu Mansurov
Doğum tarixi 3 iyun 1960(1960-06-03) (65 yaş)
Doğum yeri
  • Qılınclı, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ → Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]
İş yeri
  • Milli Onkologiya Mərkəzi
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Mükafatları Azərbaycan Respublikasının əməkdar həkimi

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Fəaliyyəti
    • 2.1 Əmək fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

Elçin Mansurov 3 iyun 1960-ci ildə Kəlbəcər rayonu Qılınclı kəndində anadan olmuşdur.1977-ci ildə Qazax rayonu Ağköynək kənd orta məktəbini bitirmişdir. 1977-1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1987-1989-cu illərdə Elmi Tədqiqat Rentgen Radiologiya və Onkologiya İnstitutunda klinik ordinatura keçmişdir[2].

Ailəsi

redaktə

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyəti

redaktə

1984-1987-ci illərdə Mingəçevir Rayonlararası Onkoloji Dispanserdə həkim-onkoloq vəzifəsində çalışmışdır. 1989-cu ildən Milli Onkoloji Mərkəzində həkim onkoloq vəzifəsində çalışmaqdadır. 1999-cu ildə Tibb elmləri namizədi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının assistentidir[2].

Onkologiya sahəsində 74 elmi iş və məqalələr dövrü nəşriyyatda və başqa ölkələrdə çap olunmuşdur. 2023-cü ildə “Kim üzr istəməlidir?” adlı kitabı nəşr olunmuşdur.[3]

Mükafatları

redaktə

Elçin Mansurov səhiyyə sahəsində xüsusi xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüşdür[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 18 iyun 2021. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-24.
  2. ↑ 1 2 "Mansurov Elçin Bilal oğlu" (az.). mom.gov.az. 2015. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2022.
  3. ↑ "Sağlam düşüncəli hər bir insanı düşündürən reallıqlar" (az.). xalqqazeti.az. 25.06.2024. İstifadə tarixi: 25 apr 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elçin_Mansurov_(həkim)&oldid=8160173"
LOVE.AZ