Elçin Musa oğlu Quliyev (11 iyul 1966, Bakı) — kinorejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016).
Elçin Musaoğlu | |
---|---|
Elçin Musa oğlu Quliyev | |
![]() | |
Digər adı | Elçin Quliyev |
Doğum tarixi | (58 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Fəaliyyəti | Rejissor |
Təhsili | |
IMDb | ID3296495 |
Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990).
"Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda (1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.