. Love.az

Elsad Hesenov Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Elsad Hesenov Siyasetci

Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019),[1] Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019).[2]

Elşad Həsənov
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
12 noyabr 2019-cu ildən
ƏvvəlkiƏziz Əzizov
Azərbaycan Respublikasının Milli Məclisi V çağırış deputatı
2015 – 12 noyabr 2019
Seçki dairəsi2015 — 17 saylı Yasamal üçüncü
ƏvvəlkiÜlvi Quliyev
SonrakıElnur Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 sentyabr 1976(1976-09-27) (48 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR
Təhsili
  • Bakı şəhəri 23 nömrəli tam orta məktəb[d],
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (1992–1997)
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.[3]

1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.[3]

İngilis və rus dillərini bilir.

Ailəsi

redaktə

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

redaktə

Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.[3]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.[4]

İstinadlar

redaktə
  1. ↑ "E.E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  2. ↑ 2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine. parliament.az (az.)
  3. ↑ 1 2 3 "Arxivlənmiş surət". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  4. ↑ "E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.

Xarici keçidlər

redaktə
  • Həsənov Elşad Eldar oğlu
  • Elşad Eldar oğlu Həsənov
  • Досье: Кто они – новые главы ИВ районов Баку? - ФОТО  (rus.)
  • Başçı təyin edilən gənc deputat kimdir? – Video
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elşad_Həsənov&oldid=7853626"
LOVE.AZ