. Love.az

Elbey Nigulesugci Xan - Wikipedia - Love.az

Ana Səhifə - Elbey Nigulesugci Xan

Elbəy Nigülesügçi xan (monqolca: Элбэг нигүүлсэгч хаан, (1361–1399) — Monqol platosunda formalaşan Şimali Yuan dövlətinin hökmdarı. Elbəy Coriğtu xanın kiçik qardaşı olmuş və 7 il hökmdarlıq etmişdir. O, hakimiyyəti illəri ərzində "Nigülesügçi xaqan" ləqəbi daşıyıb, mənası mərhəmətli xaqan deməkdir. Çinin Min sülaləsi ilə sərhəd münaqişələri və Oyrat üsyanları onun hakimiyyəti zamanı problemlər yaratmışdır.[2]

Elbəy Nigülesügçi xan
Şəxsi məlumatlar
Doğum tarixi 1362[1]
Vəfat tarixi 1399[1]
Vəfat yeri
  • Monqolustan
Atası Biliqtu xan[1]
Uşaqları
  • Samur Gunj[1]
Ailəsi Borucigin

Mündəricat

  • 1 Hakimiyyəti
  • 2 Uşaqları
  • 3 Mənbə
  • 4 İstinadlar

Hakimiyyəti

redaktə

Hakimiyyəti dövründə Oyratlar Börçigin ailəsinə açıq formada meydan oxumağa başladılar və Min sülaləsi monqol hücumlarını dəf etdilər. Tsaqaan Seçnə görə, Elbəy bütün bu mənfi hadisələrə görə məsuliyyət daşımışdır.

Taifunun ailəsi ilə olan münaqişəni sonlandırmaq üçün o öz qızı Samur Gunju Taifunun oğluna ərə vermişdir.[3]

Oyratların o dövrki hökmdarı Ugetçi Xaşixa xaqanın tayfasına yeni hökmdar təyinə qarşı çıxdı. O, Batulanı öz qohumunu öldürən qəsbkarın xaqan olmağa layiq olmadığına inandırdı, həmçinin Batula atasının intiqamını almaq istəyirdi.

1399-cu ildə Elbəy Nigülesügçi xan Oyrat xanlığı tərəfindən məğlub edildi və Oyrat xanlığını hökmdarları Ugetçi Xaşixa və Batula onu qətlə yetirdi. Ölümündən bir neçə ay sonra onun taxt-tacı kiçik oğlu Gün Teymur xana keçdi. Ugetçi Xaşixa Elbəyin bütün mal-dövlətinə və hərəminə sahib oldu.

Uşaqları

redaktə
  • Gün teymur xan
  • Örüg Teymur xan
  • Samur Gunj

Mənbə

redaktə
  • Weatherford, Jack. The Secret History of the Mongol Queens: How the Daughters of Genghis Khan Rescued His Empire. Broadway Paperbacks, New York. 2010.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 宝音德力根 15世纪中叶前的北元可汗世系及政局 (çin). // 蒙古史研究 内蒙古自治区: 2000. S. 131–155.
  2. ↑ "Сайт «Восточная литература». Монгольские источники о Даян-хане". www.vostlit.info. 2013-03-30 tarixində arxivləşdirilib.
  3. ↑ Weatherford. . səh. 142.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elbəy_Nigülesügçi_xan&oldid=8141962"
LOVE.AZ