Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 41 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Eldəniz Əli oğlu Həsənov (1 aprel 1958, Dəli Quşçu, Zərdab rayonu) — aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ali Media Mükafatının laureatı, Qızıl qələm mükafatı laureatı adına və diplomuna layiq görülmüş, 2018-ci il 30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənd Təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1].
Eldəniz Həsənov | |
---|---|
![]() | |
Doğum tarixi | 1 aprel 1958(1958-04-01) (67 yaş) |
Doğum yeri | |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
![]() |
![]() |
Eldəniz Həsənov 1 aprel 1958-ci il tarixdə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1976-cı ildə M. Müşfiq adına Dəli Quşçu kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.
1976–1981-ci illərdə S. Ağamalıoğlu adına "Şərəf Nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsinin yerquruluşu şöbəsində təhsil almış və bu təhsil ocağının Azərbaycanda "yerquruluşu ixtisası" üzrə ilk buraxılışının məzunu olaraq İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə oxuduğu illərdə tədris-təcrübə praktikalarını Gürcüstan Respublikasının Yerquruluşu ekspedisiyalarında, Gəncə Torpaq Ekspedisiyasında keçirmişdir. Dərs əlaçısı, ictimaiyyətçi tələbə olduğuna görə, Voronej şəhərindəki Mərkəzi Qaratorpaq Dövlət Yerquruluşu Layihə İnstitutuna 4 aylıq diplom praktikasına göndərilmiş və həmin müddətdə Voronej vilayəti Romanski rayonunun Lebyaje kəndində, təsərrüfatda yerquruluşu texniki kimi fəaliyyət göstərmiş, naturada müvafiq yerquruluşu işlərinin icrası ilə məşğul olmuş və "Təsərrüfatdaxili yerquruluşu layihəsi" mövzusunda (rus dilində) diplom işi yazmışdır. Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun tanınmış alimi, Dövlət İmtahan Komissiyasının sədri, professor A. V. Kojevnikov diplom müdafiəsi zamanı onun diplom işinə əla qiymət vermişdir. İnstitutun Aqronomluq fakültəsinin 24 iyun 1981-ci il tarixli, 06 saylı iclas protokoluna və Dövlət İmtahan Komissiyasının rəyinə əsasən institutda müəllim saxlanılması və məqsədli aspiranturaya qəbul olunması qərara alınmışdır. İnstitutu bitirdikdən sonra, 1981-ci ilin iyul ayından oktyabr ayına kimi hərbi xidmətdə və akademik məzuniyyətdə olmuşdur. 1981-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin müvafiq bölgü təyinatı ilə (83 №-li vəsiqə) gənc mütəxəssis kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş yemçilik, çəmən və otlaqlar idarəsinə göndərilmiş və Nazirliyin əmri ilə həmin idarənin böyük yerquruluşu mühəndisi vəzifəsinə təyin olunmuşdur. 1983-cü ildə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun yüksək ixtisaslı rəhbər kadrlar hazırlayan fakültəsini bitirmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun dissertantı olmuş, 21.08.2001-ci ildə "Böyük Qafqazın cənub yamacı şəraitində dağ yay otlaqları torpaqlarının yararlığı və yaxşılaşdırılması yolları" mövzusunda dissertasiya müdafiə etmiş, 17.10.2002-ci ildə (Protokol № 04) Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008-ci ildən (09.04.2008-ci il tarixli № 073 protokol) Beynəlxalq Ekoenergetika Akademiyasının qərarı ilə Akademiyanın ekologiya üzrə professorudur. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun böyük elmi işçisi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktorantıdır.
Eldəniz Həsənov mətbuat orqanları tərəfindən ayrı-ayrı illərdə "Muğan" Media mükafatı laureatı diplomu, "İlin ən yaxşı tədqiqatçı alimi" medalı və diplomu, "İlin sevimli ziyalısı və ən yaxşı tədqiqatçı alimi" adına layiq görülmüşdür[1].
Eldəniz Həsənov 2011-ci ildə "Qızıl Qələm" mükafatı laureatı adına və diplomuna layiq görülmüş, 2012-ci il 28 noyabr tarixində Həsən bəy Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə görə və onun 170 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurası tərəfindən "Həsən bəy Zərdabi diplomu" ilə təltif olunmuşdur[1].
2014-cü ildə Ali Media Mükafatının 3-cü dərəcəsi ilə təltif edilmişdir[2].
9 kitab və monoqrafiyanın, bir neçə tövsiyənin, 160-dan çox elmi, publisistik məqalənin müəllifidir[1]. 6 iyun 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvlüdür[1].
Alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinə rəy bildirmiş, dissertasiya işlərinə rəsmi opponent təyin olunmuşdur. Bir sıra müəlliflər tərəfindən yazılan kitabların, elmi əsərlərin texniki redaktoru, redaktoru, elmi redaktoru, rəyçisi və məsləhətçisi olmuşdur. DT və XK sistemində, yerquruluşu xidməti sahəsində fasiləsiz olaraq fəaliyyət göstərdiyi 30 ilə yaxın bir müddət ərzində istehsalatın ağırlığı üzərində cəmləşən sahənin, şöbə və idarənin rəhbəri olaraq, icraçı struktur olan "Azdövyerqurlayihə" İnstitutunun Rayonlararası Yerquruluşu İdarələri və eləcə də müqavilə əsasında digər müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikası ərazisində aparılan minlərlə müxtəlif növ yerquruluşu, çöl layihə-tədqiqatı, təsərrüfatdaxili, təsərrüfatlararası yerquruluşu işləri, torpaq islahatı ilə əlaqədar icra olunan kompleks yerquruluşu (baş sxem) layihələri üzərində müəllif nəzarəti funksiyasını yerinə yetirmiş, onların ekspertizasını aparmış, təsdiq edərək qəbul etmiş və həyata keçirilməsinə nail olmuşdur.
Böyük Qafqazın cənub hissəsində, tədqiqat obyektinin yay otlağı sahələrində ilk dəfə olaraq E. Həsənov tərəfindən kompleks şəkildə elmi-tədqiqat işləri aparılmış və həmin çoxillik tədqiqatların nəticələrinə əsasən müəllif Şəki rayonu ərazisində yay otlağı sahələrinin bitki örtüyünün xəritəsini; Şəki rayonu ərazisində yay otlaqlarının yaxşılaşdırılması və səmərəli istifadə olunması tədbirləri xəritəsini; Şəki rayonunun yay otlaqları torpaqlarının bonitet kartoqramı xəritəsini; Zaqatala rayonunun yay otlaqlarının bonitet kartoqramı xəritəsini tərtib etmişdir. H. B. Zərdabinin Tiflis-Bakı dəmir yolunun çəkilişi ilə bağlı verdiyi variantları, Mingəçevir su anbarı tikintisini və xeyriyyəçilik fəaliyyətini əks etdirən (Azərbaycan, XIX əsrin sonu) xəritənin müəllifidir. H. B. Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini əks etdirən xəritənin müəllifidir.