. Love.az

Eldeniz Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Eldeniz Quliyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Quliyev Eldəniz Cümşüd oğlu — Azərbaycanlı ssenarist və kinodramaturq.

Eldəniz Quliyev
Eldəniz Cümşüd oğlu Quliyev
Doğum tarixi 20 aprel 1952 (73 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Xalidə Quliyeva
Uşağı Afaq Quliyeva
Atası Cümşüd Quliyev
Fəaliyyəti ssenarist
IMDb ID0474592

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979–1981).[1]

"Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981–1987), "Debüt" studiyasının baş redaktoru (1987–1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993–1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib.[1]

2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb.[1]

Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (1998), "Rasim Balayev" (1999) kitabı nəşr olunub.[1]

Siyasi fəaliyyəti

redaktə

1995-ci il parlament seçkilərində Eldəniz Quliyev Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 9-cu sırada olmuşdur.[2] AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Eldəniz Quliyev isə deputat seçilə bilməmişdir.[3]

Filmoqrafiya

redaktə
  1. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  2. Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film)
  3. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
  4. Belə bir kənd var (film, 1981)
  5. Bəxtəvər (film, 1990)
  6. Bircəciyim (film, 1986) - Redaktor
  7. Biz deməkdən yorulduq... (film, 1991)
  8. Cansıxıcı əhvalat (film, 1988)
  9. Cin mikrorayonda (film, 1985)
  10. Dəvətnamə (film, 1989)
  11. Dəyirman öz işindədir... (film, 1990)
  12. Gəlinlərin qiyamı (film, 1985) (tərcüməçi)
  13. Gözbağlıcı (film, 1986)
  14. Günah (film, 1989)
  15. Güzgü (film, 1990)(II)
  16. Haray (film, 1993)
  17. Kölgədə 40 dərəcə isti (film, 1988)
  18. Lal (film, 1992)
  19. Növbənöv... (film, 1988)
  20. Parlament (film, 1996)
  21. Pirverdinin xoruzu (film, 1987)
  22. Qanlı zəmi (film, 1985)
  23. Qara qızılın qara üzü (film, 1990)
  24. Qoca əsgər (film, 1993)
  25. Quq-qulu-qu (film, 1992)
  26. Sehrli ləçək (film, 1983)
  27. Son tamaşa (film, 1989)
  28. Süd dişinin ağrısı (film, 1987)
  29. Təbəssüm (film, 1992)
  30. Yaşa, qızıl balıq (film, 1988)
  31. "Yapon" və yaponiyalı (film, 1990)

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 3 4 "Gerçək ziyalı nümunəsi". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-13.
  2. ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. ↑ Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  • Eldəniz Quliyev: "Vahid Mustafayev rejissordursa, mən də Roma papasının xalası oğluyam" MÜSAHİBƏ
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldəniz_Quliyev&oldid=7757741"
LOVE.AZ