Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü.
Eldar İskəndərzadə | |
---|---|
Eldar Xeyrulla oğlu İskəndərzadə | |
![]() | |
Doğum tarixi | 5 oktyabr 1964(1964-10-05) (60 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | İskəndərov Xeyrulla Mirmənsim oğlu |
Təhsili | |
Fəaliyyəti | ssenarist, şair, dramaturq, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
İlk əsəri | "O gözlərin sirri" |
Üzvlüyü |
Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir.
Evlidir, 3 övladı var.
1987-ci ildən şerləri ilə Respublika mətbuatında çıxış edir. İlk şeirləri Bakı qəzetində çap olunub. "O gözlərin sirri" adlı şerlər kitabı 1995-ci ildə "Gənclik" nəşriyyatında və "Mənəm, sənsən bir də o" adlı şerlər kitabı 2011-ci ildə "Konstant empere" nəşriyyatında işıq üzü görüb.
ATV və CBC telekanallarında Sənədli Filmlər Studiyasının yaradıcısı və bu kanallarda, eləcə də, "İdman Azərbaycan" telekanalında çəkilən ilk sənədli filmlərin ssenari müəllifidir.
1996-cı ildə "Qalxın, məhkəmə gəlir" adlı iki hissəli pyesi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında tamaşaya qoyulub.
"CBCfilm"in istehsalı olan və onun ssenarisi əsasında çəkilən Günəşin batdığı yer adlı bədii-sənədli televiziya filmi Almaniyada keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində nümayiş etdirilmişdir.
Digər ssenarisi əsasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan "Liderlər Lider haqqında" adlı sənədli televiziya filmi Almaniyada Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş dövlət tədbirində nümayiş etdirilib.
Ssenari müəllfi olduğu "Milli qürur meydanı" adlı sənədli televiziya filminin bir nüsxəsi Azərbaycan Respublikası Prezident Kitabxanasına daxil edilmişdir.
"CBCfilm"in istehsalı olan və onun ssenariləri əsasında lentə alınan "Qaranlıq dünyanın nuru" və "Fransız qadının gündəliyi" filmləri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında 5 mükafatdan ikisini qazanmışdır.
"CBCfilm"in istehsalı olan "Ürəyiniz istəyən kimi yaşayın..." sənədli televiziya filmi Hollandiyanın Amsderdam şəhərində keçirilən Beynəlxalq Festivalda mükafata və "festivalın laureatı" fəxri adına layiq görülüb.
Digər bir ssenarisi əsasında çəkilən "Şəhər içində şəhər" adlı sənədli televiziya filmi 2013-cü ilin noyabr ayının 20-dən 24-nə kimi keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iki mükafat qazanmışdır. Belə ki, film "TV filmlər" nominasiyasında 2-ci yeri tutaraq gümüş və "Milli kino" nominasiyasında yeganə olan qızıl mükafatı qazanmışdır. Film Azərbaycandan qızıl mükafat qazanan yeganə filmdir.[1]
"CBCfilm"in istehsalı olan və onun ssenariləriylə çəkilən "Şəxsiyyətin böyüklüyü … Ümummilli lider Heydər Əliyev" və "İvanovka" adlı filmləri Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi olaraq keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında xüsusi fərqlənməyə görə mükafat qazanmışdır.
Ssenariləriylə iki bədii, 150-dən çox sənədli televiziya filmi çəkilib.
2014-cü ildə onun rəhbərliyi və ssenarisi əsasında akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunan Fədakar adlı 2 hissəli bədii-sənədli film çəkilib. Fİlmin istehsalından sonra ssenarist kimi, SOCAR-ın fəxri fərmanı ilə təltif edilib. Daha sonra Fədakar 2 hissəli bədii-sənədli filmi 2016-cı il üçün Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim olunub.[2][3][4][5][6][7]
2015-ci ildə "Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski"[8] filminə görə Respublika Veteranlar Təşkilatının qərarı ilə "General Əliağa Şıxlinski" yubiley medalı ilə təltif edilib.