. Love.az

Eldar Efendiyev - Wikipedia - Love.az

Ana Səhifə - Eldar Efendiyev

Eldar Faiq oğlu Əfəndiyev (29 iyun 1954, Tallin) — Estoniyada Azərbaycan diasporunun nümayəndəsi.

Eldar Əfəndiyev
est. Eldar Efendijev
Riygikoqu üzvü
Vəzifədədir
27 mart 2007-ci ildən
27 mart 2011 – 23 mart 2015
Estoniyanın əhali və etnik məsələlər naziri
28 yanvar 2002 – 10 aprel 2003
ƏvvəlkiKatrin Saks[d]
SonrakıPaul-Eerik Rummo[d]
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyun 1954(1954-06-29) (70 yaş)
Doğum yeri
  • Tallin, Estoniya Sovet Sosialist Respublikası, SSRİ
Partiya
  • Estoniya Mərkəz Partiyası[d]
Fəaliyyəti siyasətçi

Təltifləri 4-cü dərəcəli "Dövlət gerbi" ordeni (Estoniya) — 2006 "Dostluq" ordeni — 2011 "Tərəqqi" medalı — 2006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 Təltifləri
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

Əslən Azərbaycanın Şəki şəhərindən olan[1] Eldar Faiq oğlu Əfəndiyev 1954-cü il mayın 29- da Estoniya Respublikasının Narva şəhərində anadan olmuşdur.

1971–1972-ci illərdə Narvanın "Baltikalı" zavodunda tornaçı işləmişdir.

1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olan Eldar Əfəndiyev burada iki il oxuduqdan sonra öz təhsilini A.İ.Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda davam etdirmişdir. Ali təhsilini başa vurduqdan sonra Estoniyaya qayıdan Eldar Əfəndiyev Narva Dövlət Muzeyində elmi əməkdaş, sonralar isə 20 ildən artıq müddət ərzində (1979–1999 və 2001–2002-ci illərdə) direktor vəzifəsində çalışmışdır.

1990-cı illərdə E.Əfəndiyev Narva Muzeyinin YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Təşkilatı, 1992-ci ildə isə həmin muzeyin Baltik dənizi ölkələrinin beynəlxalq qala-muzey təşkilatına daxil edilməsinin təşkilatçısı olmuşdur.

1997-ci ildə Estoniyada aparıcı partiyalardan olan Mərkəzcilər Partiyasına daxil olmuşdur. Həmin illərdə o, eyni zamanda İda-Virumaa qəzasının yerli özünüidarəetmə ittifaqının sədr müavini vəzifəsində işləmişdir.

1999–2000-ci illərdə Narva şəhərinin meri olmuşdur. 2002-ci ildə E.Əfəndiyev Estoniya Respublikasının milli münasibətlər və məskunlaşma naziri təyin edilir. Estoniya Parlamentinin X və XI çağırışlarının deputatıdır. Estoniya Azərbaycan Parlamentlərarası işçi qrupunun rəhbəridir.

2004-cü ildə Tallin şəhərində fəaliyyətə başlayan "Bakılı" Klubunun təsiscilərindən biridir. Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının üzvü, Pro Narva Mərkəzi İdarəsi Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü, "Aleksandr kilsəsi"nin Şura üzvüdür.

Təltifləri

redaktə

1986-cı ildə Narva qalasında muzey proyektinə görə müəllif mükafatına, 1987-ci ildə Estoniya Mədəniyyət Fondunun birinci mükafatına, 1989-cu ildə D.Soros Fondunun qrantına layiq görülmüş, Estoniyanın 4-cü dərəcəli "Dövlət Gerbi" ordeni, sərhədyanı əməkdaşlıqda xidmətlərinə görə III dərəcəli "Xaçla", Azərbaycan Respublikasının "Birlik" ordeni, "Dostluq" ordeni və digər medallarla təltif olunmuşdur.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Mənbə

redaktə
  • Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu

İstinadlar

redaktə
  1. ↑ Estoniyada azərbaycanlı keçmiş nazirin Narva şəhər meri vəzifəsində namizədliyi qeydə alınıb Arxivləşdirilib 2017-10-05 at the Wayback Machine. apa.az, 05.10.2017  (az.)

Xarici keçidlər

redaktə
  • Azərbaycan diasporu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldar_Əfəndiyev&oldid=8002661"
LOVE.AZ