. Love.az

Eldor Somurodov - Wikipedia - Love.az

Ana Səhifə - Eldor Somurodov

Eldor Azamat oğlu Şomurodov (özb. Eldor Azamat Öğli Shomurodov; 29 iyun 1995[1], Carqurğan, Surxandərya vilayəti[1]) — Rostov FK və Özbəkistan milli futbol komandasının hücumçusudur.

Eldor Şomurodov
Ümumi məlumatlar
Doğum tarixi 29 iyun 1995(1995-06-29)[1] (29 yaş)
Doğum yeri
  • Carqurğan, Surxandərya vilayəti, Özbəkistan[1]
Vətəndaşlığı
  •  Özbəkistan
Boyu 190 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Karyerasına 2011-ci ildə "Məşəl Mübarək" də başlamış, klubun gənc komandasında çıxış etmişdir. 2011–2014-cü illərdə "Məşəl" də oynayıb. Şomurodov 12 aprel 2014-cü ildə səfərdə Olmaliq ilə qarşılaşmada Özbək Liqasında əsas heyət üçün rəsmi debütünü etdi. Ümumilikdə 2014 mövsümündə klub üçün 9 qol vurdu. 2015-ci ildə "Bunyodkor" ilə müqavilə bağladı. Liqada 19 oyun keçirdi və 7 qol vurdu (1 oktyabr 2015-ci il tarixinə).

15 iyul 2017-ci ildə "Bunyodkor" Şomurodovun Rusiya Premyer Liqa klubu "Rostov" a keçdiyini elan etdi.

Beynəlxalq karyerası

redaktə

Özbəkistan U19 yığmasında 2014-cü ildə 19 yaşadək AFC çempionatında oynamış və 2015 FIFA U-20 Dünya Kubokuna vəsiqə qazanmışdır. U-20 komandasının 2015 U-20 Dünya Kubokunda keçirdiyi 5 oyunun hamısında oynamış və 2 qol vurmuşdur.

Şomurodov 3 sentyabr 2015-ci ildə DÇ-2018-in Yəmənə qarşı seçmə matçında oynayacağı əsas milliyə çağrıldı. Həmin matçda rəsmi olaraq milli komanda üçün debüt etdi. 8 oktyabr 2015-ci ildə Bəhreynlə səfər matçında milli komanda üçün ilk qolu və Özbəkistan tərəfinə 4–0 hesablı qələbəni qazandırdı.

İstinadlar

redaktə
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
  1. ↑ 1 2 3 4 Eldor Shomurodov // Transfermarkt (çd.). 2000.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldor_Şomurodov&oldid=7881939"
LOVE.AZ