. Love.az

Elgiz Ekber - Wikipedia - Love.az

Ana Səhifə - Elgiz Ekber
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Elgiz Əkbər (22 yanvar 1974, Yaroslavl vilayəti) — aparıcı.

Elgiz Əkbər
Doğum tarixi 22 yanvar 1974(1974-01-22) (51 yaş)
Doğum yeri
  • Yaroslavl vilayəti, RSFSR, SSRİ

Haqqında

redaktə

Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur.[1] Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də “Bağlama” verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. “Bağlama”‚ “Elgizin Cümə Axşamları”‚ “Elgizli Axşamlar”‚ “Toy Olsun”, “Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə”, “Adam içində”, “Günəbaxan”, hazırda isə ARB TV-də “Elgizlə İzlə” verlişinin aparıcısıdır.

Elgiz Əkbər 9 may 2015-ci ildə ailə həyatı qurub.[2]

İstinadlar

redaktə
  1. ↑ "Elgiz Əkbərin doğum günüdür: Görün neçə yaşı tamam oldu +FOTOLAR". www.referans.az (az.). İstifadə tarixi: 2024-08-27.
  2. ↑ "Bu gün Elgizin toyudur - YENİLƏNİB + FOTOLAR". Oxu.az (az.). 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elgiz_Əkbər&oldid=8100552"
LOVE.AZ